Məhkəmə qərarları › İş №3(008)-258/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-258/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-258/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri, Baş X10 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, 29 iyun 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi, ev 39/4da qeydiyyatda olan və yaşayan-X3 Bakı şəhər BPİ X10 İdarəsinin TP ******* saylı, 10 yanvar 2024-cü il tarixli qərarından verililmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPŞ-in inspektoru X2 inzibati tənbeh vermə haqqında 10 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərarı üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat cərimə olunması barədə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər BPİ X10 İdarəsinin E.R.Nərimanovun inzibati tənbeh vermə haqqında 20 iyul 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə ona əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə 150 manat cərimə yazılmışdır. Maddəyə əsasən ona 150 manat cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, o 20 iyul 2023-cü il tarixdə inzibati xətani törətməmişdir. 20 iyul 2023-cü il tarixdə idarə etdiyi «Toyota CAMRY» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, “ABU” X6 istiqamətində əks istiqamətli nəqliyyat axınının hərəkət zolağını keçməmişdir. Bununla bağlı hər hansı foto şəkil və ya kamera görüntüsü mövcud deyildir. Onun barəsində qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokol və inzibati tənbeh vermə haqqında 20 oktyabr 2023-cü il tarixli TP6057932 nömrəli qərarı qanunsuz və əsassız olmasına görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə həmin qərardan şikayət etmişdir. Şikayət əsasında Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsin 3(008)7116/2023-cu il tarixli qərar ilə Bakı şəhər BPİ X10 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli TP6057932 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmaqla yenidən araşdırılması üçün Bakı şəhər BPİ X10 İdarəsinə qaytarılmışdır. Məhkəmənin qəbul etdiyi qərara heç bir əhəmiyyət verməyən akı şəhər BPİ X10 İdarəsində onun barəsində X4 tərəfindən təkrarən həmin hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında 10 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara görə o 20 iyul 2023-cu il tarixdə idarə etdiyi «Toyoto Camry» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonunda «ABU» YDM-in qarşısında birtətərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, İXM-in 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələblərini pozmağı göstərilir. O isə göstərilən xətanı törətmədiyini israr etsədə heç bir əsaslı video görüntüləri olmadan belə hadisə törətmədiyini bildirməsinə baxmayaraq barəsində yenidən İXM-in 327.4-cu maddəsində nəzərdə tutulan inzabati xətanı törətməsinə görə 150 manat məbləğində cərimələnməyi barədə qərar qəbul etmişdir. Barəsində qəbul edilmiş qərarı təsdiqləyən heç bir sübut (video görüntülər) olmadan qəbul olunduğuna görə əsassız və qanuna zidd olduğuna görə ləğv olunmalıdır. Gəlmiş nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, qəbul edilmiş qərar qanunidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinin tələbləri pozulmuşdur. Qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Qərar ləğv olunduqdan sonra yenidən araşdırma aparılmışdır. Video-disk və digər sübutlarla qəbul edilmiş qərarın qanuni olduğu sübuta yetirilmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)7116 saylı, 12 dekabr 2023-cü il tarixli qərarından görünür ki, X3 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat cərimə edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və həmin inhibati xəta haqqında materiallar yenidən baxılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, 10 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 03 iyul 1998-ci il tarixli «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 15-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır. Həmin Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, bir ədəd video-diskə baxış keçirib, iş üzrə əhəmiyyətli olan bütün halları araşdırıb hesab edir ki, şikayət vermiş şəxs X9 tərəfindən 10 yanvar 2024-cü il tarixli qərarın ləğv olunması üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X3 Bakı şəhər BPİ X10 İdarəsinin TP ******* saylı, 10 yanvar 2024-cü il tarixli qərarından verililmiş şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar