Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2624/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saxlanılıb 14-cü PŞ-nə gətirildikdə polis əməkdaşları ilə yersiz əsassız mübahisə etmiş, dəfələrlə onu intizama dəvət etsələr də, mübahisə etmiş, həmin gün 14-cü PŞ-də gətirildikdən sonra saxlama otağında polis əməkdaşları ilə yersiz və əsassız mübahisə edərək səs küy salmaqla PŞ-nin iş rejimini pozmuş, ona edilmiş xəbərdarlıqlara əhəmiyyət vermədiyinə görə barəsində inzibati xətalar haqqında protokollar tərtib edilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən MN № ******* saylı, 01 may 2025-ci il tarixli, MN № ******* saylı 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə PŞ-nə dəvət olunmuş, PŞ-nin inzibati binasının daxilində və PŞ-də təhqiqatçı polis mayoru Tahir Vəliyevin xidməti otağında olarkən, bir araya sığmayan qeyri-etik hərəkətlərə aqressiv formada nalayiq ifadələr işlədərək etirazını bildirmiş, gətirilmiş şəxslərlə araşdırma otağında olarkən, həmin otağın divarlarına və qapısına təpiklə vuraraq, nalayiq küçə söyüşləri söymüş, intizamsızlıq etmişdir. Həmin şəxsi dəfələrlə intizama dəvət etməyə çalışsalar da, o polisin qanuni tələblərini yerinə yetirməyərək qəsdən tabesizlik və əməliyyat qrupuna qarşı dəfələrlə müqavimət gösstərmiş, PŞ-nin və NH-nin iş fəaliyyətinə 30 dəqiqə pozmuşdur. Daha sonra raportla Şöbə rəisinə müraciət olunmuş, həmin raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur, onlara müqavimət göstərmək niyyəti olmamışdır. Həmin vaxt əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisədən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Ona verilən suallara cavabında bildirmişdir ki, əsəbi olduğundan PŞ-də olarkən səs küy salmış, məhəllədə oturmuşdum polis əməkdaşları mənə dedilər ki, niyə burda oturmuşam, mən də ağır formada cavab verdiyimdəm, aramızda mübahisə düşmüşdür. Məni PŞ-nə dəvət etdilər mən də əllərini çəkməsini bildirdim. Bundan əlavə PŞ-də səs salmışam. Qışqır bağır eləmişəm və səsimə polis əməkdaşları yığılmışdır. Polisə müqavimət göstərdiyini və səs küy salmağını etiraf edir. Etdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ilə etdiyi mübahisədən peşmandır, söz verir ki, bir daha bu kimi əməllərə yol verməyəcəkdir. . AZA 018087 saylı, 30 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 17:25-də inzibati qaydada tutulmuşdur. Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən MN № ******* saylı, 01 may 2025-ci il tarixli, MN № ******* saylı 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş Raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə PŞ-nə dəvət olunmuş, PŞ-nin inzibati binasının daxilində və PŞ-də təhqiqatçı polis mayoru Tahir Vəliyevin xidməti otağında olarkən, bir araya sığmayan qeyri-etik hərəkətlərə aqressiv formada nalayiq ifadələr işlədərək etirazını bildirmiş, gətirilmiş şəxslərlə araşdırma otağında olarkən, həmin otağın divarlarına və qapısına təpiklə vuraraq, nalayiq küçə söyüşləri söymüş, intizamsızlıq etmişdir. Həmin şəxsi dəfələrlə intizama dəvət etməyə çalışsalar da, o polisin qanuni tələblərini yerinə yetirməyərək qəsdən tabesizlik və əməliyyat qrupuna qarşı dəfələrlə müqavimət gösstərmiş, PŞ-nin və NH-nin iş fəaliyyətinə 30 dəqiqə pozmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməlləri etiraf edərək əməlindən peşman olmasını qeyd etmişdir. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Lakin məhkəmə törədilən inzibati xətaların növ müxtəlifliyini, barəsində inzibati xəta törətmiş şəxsin hərəkətlərinin davam etdirilməsini inzibati tənbeh növünün seçilməsində nəzərə almağı məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, hadisənin baş vermə axınında polislər mülki geyimdə olduğundan onların polis əməkdaşları olduğuna inanmamış, bu səbəbdən də tabesizlik göstərmiş, mübahisə zəmnində özündə olmadığından nalayiq ifadələr işlətməsini inkar etmir. Baş vermiş hadisələrə münasibətdə peşmandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2624/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2624/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver