Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2644/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Eldar Məmmədovun iştirakları ilə, xx.xx.1970-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Sabunçu rayon Prokurorluğunun inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sabunçu rayon Prokurorluğunun inzibati binasında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsində yeləşən prokurorluğa getmişdir. Səbəbi isə təxminən 4 il qabaq qardaşını polis əməkdaşları bölməyə apararkən guya orada ürək tutmasından ölməsi, bununla bağlı araşdırma aparan müstəntiqin onların iştirakı olmadan işi düzgün araşdırmadan cinayət işinin başlanmasını rədd etməsi olmuşdur. Prokurorluğun binasına yaxınlaşmış, araşdırmanı aparan müstəntiq Vüsal Quliyevin qəbuluna getmək istədiyini bildirmişdir, qapıda olan polis ona gözləməsini bildirmişdir, təxminən 40-50 dəqiqə gözlədikdən sonra təkidlə içəri keçmək istəmiş, bu səbəbdən polis əməkdaşı ilə aralarında mübahisə yaranmış, əsəbi olduğu üçün artıq sözlər işlətmişdir. Onu 13-cü Polis şöbəsinə gətirmişlər. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı mayoru Eldar Məmmədov izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Sabunçu rayon Prokurorluğunun inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nalayiq ifadələrlə işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 izahatında göstərdi ki, 16 aprel 2024-cü il tarixdə Sabunçu rayonunda xidmətdə olarkən Şəxs müstəntiq Vüsal Quliyevin xidməti otağına getmək istəyərkən ondan gözləməsini xahiş etmiş, lakin o, qanuni tələblərə məhəl qoymayaraq qeyri etik ifadələr işlədərək müstəntiqin otağına keçməyə cəhd etmiş, onun səs küy salması nəticəsində prokurorluğun iş fəaliyyəti pozulmuşdur. Həmin vaxt prokurorluğun inzibati binasında digər vətəndaşlar da olmuşdur. Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş, xidmətdə olduğu zaman onun qanuni tələblərini pozmuşdur. Bu barədə raport tərtib edərək 13-cü bölməyə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 16 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 16 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsi yerləşən Sabunçu rayon prokurorluğunun inzibatiu binasında ucadan nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Sabunçu rayon prokurorluğunun qarşısında yüksək səslə və əl qol hərəkətləri ilə Sabunçu rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X2 ünvanına qeyri etik ifadələr işlətmiş, polis nəfəri, polis serjantı X1 onun ictimai qaydanı pozmaması ilə bağlı qanuni tələbinə əməl etməmiş, onun yaratdığı səsküyə və hüquqazidd hərəkətlərə görə Sabunçu rayon prokurorluğunun əməkdaşları iş fəaliyyətini saxlayaraq xidməti otaqlarından dəhlizə çıxmış, o, Sabunçu rayon prokurorluğunun normal iş rejmini pozmuşdur. Onun hərəkətləri barədə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə məlumat verildi və bu barədə akt tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 noyabr 2020-ci il tarixli qərardan görünür ki, X4 ölümündə cinayət hadisəsi olmadığından faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 aprel 2024-cü il tarixdə saat 12:50-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 16 aprel 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2644/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2644/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver