Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2679/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X14 qızının katibliyi, X1, Səlahiyyətli orqanın nümayəndəsi X4 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətimdə olan “LEXUS GS 350” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə 08 aprel 2024-cü il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı o, avtomobilin sağ yan işıqı yandıraraq sağa manevr edərkən arxadan gələn “Toyota Prius” markalı avtomobil ara məsafəni gözləmədən onun idarə etdiyi avtomobilə çırpılaraq zərbə nəticədə avtomobili yoldan çıxarılarq başqa avtomobilin üzərinə düşmüşdür. Yol nəqliyyat hadisəsi zamanı onun avtomobili, arxadan ona çırpılmış “Toyota Prius” markalı avtombilin dəyməsi ilə onun digər avtomobilin üzərinə aşmağı nəticəsində avtomobillərə maddi ziyan dəymiş, yol nəqliyyat hadisəsi zamanı heç kəs bədən xəsarəti almamışdır. Sonradan Bakı şəhəri, DYPİ dəvət edilərək mənim izahatım mənə kömək adı ilə yol polis əməkdaşmın sözləri ilə izahatım yazılaraq imzalanmışdır. Sonda ona məlum olmuşdur ki, DYPİ əməkdaşı sözləri ilə yazılmış izahatı onun əleyhimə olmuş, guya onun əks istiqamətli hərəkət zolağına çıxmadan menavr etmə adı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati protokol və qərar tərtib olunaraq 40 manat məbləğində cərimə edilmişdir. DYPİ-də aldadılaraq yazılmış olduğu izahatı nəticəsində onun avtomobilinə arxadan çırpılmış avtomobillər günahsız olaraq avtombillərə dəymiş sığorta pulu almışlar. O, yol nəqliyyat hadisəsində günahkar çıxardılaraq avtomobilimə dəymiş maddi ziyan ödənilməmiş qalmışdır. O, DYPİ-nin əməkdaşına etirazımı bildirdi, ona yazılmış protokolun əsassız olmasını, həmin protokola qeydlərimi yazılmasının tələb etsə də, tələbi təmin edilməmiş qaldı. Çox böyük çətinliklə yalnız inzibati protokolu və inzibati qərarı alaraq məhkəməyə pozulmuş hüquqlarımın bərpası üçün müraciət etməli olmuşdur. Barəsində yazılmış inzibati protokolla və inzibati qərarla razı deyil, DYPİ-nin əməkdaşı qeyri-qanuni yazmış olduğu protokol və qərar qanunvericiliyin tələblərinə uyğun doldurulmamış, natamam protokoldur. Belə ki, inzibati xəta haqqında protokol məzmuna uyğun tam doldurulmalı, barəsində aparılan şəxsin hüquq və vəzifələri izah olunmalı, inzibati xətanın nədən ibarət olması izah olunmalı, barəsində aparılan şəxsin protokolla tanış olması, ora qeydlərin edilməsi və imzalanması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqmda iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəlləsinin Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yalnız inzibati xəta haqqmda protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, mənim təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 12.1-maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin tələbindən göründüyü kimi, hazırki halda istər ehtiyyatsızlıqdan istər qəsdən hər hansı bir İnzibati Xəta törədilməmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl olunmadığı halda şikayət etmək hüququ təmin edilir. Həmçinin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqmda iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hesab edir ki, əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə onun təqsiri müəyyən edilməməsi, hətta dinlənilmədən və protokola qeydlərim yazılmadan polis əməkdaşının barəsində tərtib etdiyi inzibati xəta haqqmda protokol və qərar qanunvericliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası İXM-nin 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqmda iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqmda iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqmda işin icraatma xitam verilməsi haqqmda qərar qəbul edir. Ona bir şəhid ailəsinə qərəzli formada tərtib edilmiş inzibati qərar məcburi köçkün kimi maddi vəziyyətinə daha da ağırlaşmasına səbəb olmuşdur. İXP ******* nömrəli, xx.xx.2024-cü il il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və əməlində inzibati xəta tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 izahat verərək X2 yol hərəkəti qaydalarını pozması ilə bağlı videogörüntü təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir; Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; X8 izahatından görünür ki, etibarnamə əsasında “TOYOTA PRİUS” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə “komsomol körpüsü” istiqamətində hərəkət edirdi. Bu zaman sol kənar zolaqda hərəkətdə olan “LEXUS” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sağa manevr edib dönərkən onun avtomaşınının qabaq sol hissəsi ilə toqquşmuş, toqquşmadan sonra “LEXUS” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarəetməni itirib ayrıcı səkinin üzərindən keçib yolun solunda dayanan “KİA RİO” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ-yan hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Avtomaşına zərər dəymişdir; X3 izahatından görünür ki, idarə etdiyi “LEXUS” markalı **-CC-*** nömrəli avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə “komsomol körpüsü” istiqamətində yolun sol cərgəsi ilə hərəkət edirdi. Bu zaman sağa dönmə işığını yandıraraq sağ zolağa yerdəyişmə edən zaman sağdan ikinci zolaqla düzünə hərəkət edən “TOYOTA PRİUS” markalı **-DE-*** nömrəli avtomaşının ön hissəsi ilə onun avtomobilin arxa hissəsi toqquşmuş, zərbənin gücündən avtomobili idarəetmədən çıxaraq yolun sağ tərəfindəki səkinin üstündən uçaraq yolun solunda parkovkada olan “KİA RİO” markalı **-GK-*** nömrəli avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Hadisə zamanı avtomobilində tək olmuşdur. Heç bir xəsarət almamış, lakin avtomobillərə külli miqdarda ziyan dəymişdir; X6 izahatından görünür ki, etibarnamə əsasında “KİA RİO” markalı **-KG-*** dövlət qeydiyyat nişanılı avtomaşını Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində əlavə yolla üzü A.Əsədullayev küşəsi tərəfdə parkovkada saxlamışdır. Özü avtomaşında kənarda olmuşdur. Bu zaman Hava Limanı tərəfdən hərəkət edən “LEXUS” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomaşınla “TOYOTA PRİUS” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşduqdan sonra “LEXUS” markalı avtomaşının sürücüsü idarəetməni itirib onun avtomaşınının qabaq sağ-yan hissəsinə çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Avtomaşınına maddi zərər dəymişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsi X4 təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2679/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2679/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver