Məhkəmə qərarları › İş №3(008)-2681/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2681/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2681/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədov Aqil Akif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, iki uşaq atası, Bakı ş, Yasamal rayonu, general Akim Abbasov küçəsi, rv 5, mənzil 43-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 02 may 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərardadla Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində avtomobilində əlavə qurğuların olması səbəbindən X10 əməkdaşları tərəfindən saxlanılmış, Bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona məxsus Renault markalı maşını **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Maştağa qəsəbəsində X9 Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, səbəb olaraq avtomobilndə əlavə qurğuların olduğunu bildirmişlər. Ondan maşının açarını tələb etmişlər, o isə əsassız yerə bunu tələb etdiklərini bildirərək, açarı verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şəxs Sabunçu RPİ-nin DYPŞ-nin YPX inspektoru, baş serjant X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində xidmətdə olan zaman, Renault markalı maşını **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində əlavə qurğuların olması səbəbindən tərəfindən saxlanılmış, Bu zaman Şəxs avtomobilin duracağa yerləşdirilməsi üçün açarları təqdim etməkdən imtina edərək onun qanuni tələblərimə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 15-ci X8 tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə X9 xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 004555 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 21:30-da inzibati qaydada tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, şahid ifadəsi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 01 may 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova İş № 3(008)-2681/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 02 may 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi əsədov Aqil Akif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X2, X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və şahid məhkəmə iclasına gəlmişdir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Abbasov Emin-Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, iki uşaq atası, Bakı ş, Yasamal rayonu, general Akim Abbasov küçəsi, rv 5, mənzil 43-də qeydiyyatda olan və yaşayan Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin əsədov Aqil Akif oğlunun olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edənin s/c inzibati xəta törətmiş şəxs Şəxs: Müdafiəçiyə ehtiyacım yoxdur, həmçinin, öz seçdiyim vəkillə təmsil olunmaq istəyim də yoxdur, məhkəmədə özüm-öz hüquqlarımı müdafiə edəcəyəm. Bu mənim maddi vəziyyətim ilə bağlı deyil. Bu barədə ərizə təqdim edir. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir və işə mahiyyəti üzrə baxılmasının başlandığını elan edir, işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X2 izahatı: Hörmətli məhkəmə, Şəxs xx.xx.2025-ci il tarixində avtomobilə əlavə qurğular quraşdırdığı üçün X10 əməkdaşları tərəfindən saxlanılmış, ona yol hərəkət qaydaların pozduğu bildirilmişdir. Bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə şəxs 15-ci PŞ-nə gətirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallar daxil olmadı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs olunun izahatı: - Hörmətli məhkəmə, xx.xx.2025-ci il tarixində mənə məxsus Renault markalı maşını **-LO-*** dqn nəqliyyat vasitəsi ilə hərəkət edərkən X9 Xidmətinin əməkdaşları məni saxladılar, səbəb olaraq avtomobilndə əlavə qurğuların olduğunu bildirmişlər. Məndən maşının açarını tələb etdilər, mən isə əsassız yerə bunu tələb etdiklərini bildirərək, açarı verməkdən imtina etmişəm. Nəticədə barəmdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. X1 izahatı: - Hörmətli məhkəmə, xx.xx.2025-ci il tarixində Maştağa qəsəbsində xidmətdə olan zaman, Renault markalı maşını **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində əlavə qurğuların olması səbəbindən tərəfimdən saxlanılmış, Bu zaman Şəxs polis mənim qanuni tələblərimə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılaırna söz verir. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 16:16-da bağlı elan olunur. Protokol xx.xx.2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar