Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2682/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Zərərçəkmiş şəxslər X6, X3 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xincab kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində “DAF yük” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu qəsəbəsi, H.Əliyev prospektindən üzü Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamayıb qarşısında toqquşmadan sonra dayanmış vəziyyətdə olan “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən sonuncu avtomobil də qarşısında dayanmış “Hyundai Avante” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə təkrarən çırpılmışdır. Nəticədə sonuncu avtomobilin sürücüsü X1 yüngül bədən xəsarəti yetirilmiş və hər üç avtomobilə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ-nin DYPŞnin YNH üzrə baş inspektoru polis kapitanı X8 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı X8 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində “DAF yük” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu qəsəbəsi, H.Əliyev prospektindən üzü Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, düzgün ara məsafəsi saxlamayıb qarşısında toqquşmadan sonra dayanmış vəziyyətdə olan “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən o da qarşısında dayanmış “Hyundai Avante” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə təkrarən çırpılmışdır. Nəticədə sonuncu avtomobilin sürücüsü X1 yüngül bədən xəsarəti yetirilmiş və hər üç avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, özünə məxsus olan “Hyundai Avante” markalı dövlət qeydiyyat nişanı **-HV-*** olan avtomobil ilə Bakı şəhəri, H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edərək H.Əliyev prospektində yerləşən “Olimpiya” stadionunu keçdikdən sonra o, Q.Qarayev prospektinə getmək üçün H.Əliyev prospektindən yol ötürücüsünün üstünə qalxaraq Q.Qarayev prospekti istiqamətində hərəkətini davam etdirən zaman qarşıda tıxac olduğunu görərək idarə etdiyi avtomobilinin sürətini azaldaraq sağ zolaqda dayanmış avtomobillərin arxasında avtomobili saxlamış, bu zaman arxadan gələn “Opel” markalı dövlət qeydiyyat nişanı **-UC-*** olan avtomobil idarə etdiyi avtomobilin arxa hissəsindən toqquşmuşdur. O avtomobildən düşərək avtomobilin arxa hissəsinə nəzər salan zaman avtomobilin arxa bamperinin yüngül zədələndiyini görmüş, həmin sürücü ilə öz aralarında razılığa gəlməyi təklif etmiş, lakin “Opel” markalı avtomobilin sürücüsü ona imkanı olmadığını bildirərək sığorta şirkətinə müraciət edəcəyini bildirmişdir. Yol bağlandığı üçün o, idarə etdiyi avtomobilə əyləşərək avtomobilini yolun tam sağ hissəsinə çəkmək üçün hərəkətə başlayaraq təxminən 4- 5 metr qarşıda avtomobili saxlayaraq avtomobildən düşüb “Opel” markalı avtomobilin yanına gedərək sağ tərəfdən qabaq oturacaqda əyləşdiyi zaman arxadan gələn "DAF markalı yük avtomobili “Opel” markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Opel” markalı avtomobil qarşıya gedərək onun avtomobilinin arxa hissəsindən toqquşaraq dayanmışdır. Bundan sonra DYPŞ-nin əməkdaşları hadisə yerinə gələrək hadisəni rəsmiləşdirmişlər. Hadisədən təxminən 3-4 gün sonra onun və həyat yoldaşı Məhbubə Əliyevanın baş boyun hissəsindən ağrılar olduğu üçün onlar “Stimul” hospitalına müraciət etmiş və orada müayinə zamanı həkimlər onlara müxtəlif xəsarət aldıqlarını bildirmişlər. Hal-hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayəti var. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 digər zərərçəkmiş X3 izahatında göstərilən xüsusatları təsdiq edib barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayətinin olmasını bildirmişdir. İnzibati protokol tərtib edilmiş şəxs Şəxs və inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 267 nömrəli Ekspert rəyindən görünür ki, X2 dirsək oynağının sıyrığı, sol baldırın hematoması olmuşdur. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdulaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2682/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2682/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver