Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2683/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1987-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, 09:00 radələrində Balaxanı qəsəbəsi, Böyükşor yolunda hərəkətdə olarkən, qarşısındakı “VOLKSWAGEN GOLF” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onunlıa arxa məsafəsi saxılamayıb, arxa hissəsindən vurub toqquşmuşdur. Nəticədə avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almış, hər iki avtomobilə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı ünvanda olarkən onlayn qaydada Bolt taksi şirkətindən taksi sifariş etmişdir. Sifarişi əsasında TOYOTA PRİUS markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvana gəldi həmin avtomobilin arxa oturacağında əyləşib Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolu ilə üzü Böyükşor yolu istiqamətində təxminən 50-60 km saat sürətlə hərəkətdə olarkən anidən qarşılarında dayanaraq dairədə hərəkətdə olan avtomobillərə yol verən ağ rəngli VOLKSWAGEN markalı dövlət qeydiyyat nişanlı dəqiq bilmədiyi avtomobilin arxa hissəsindən çırpılaraq YNH-i baş verdi. Hadisə zamanı zərbədən baş nahiyəsi qabaq oturacağın arxa hissəsinə dəyərək xəsarət almışdır. Hadisə yerinə DYPŞ-nin əməkdaşları gələrək müvafiq araşdırma aparsada onun xəsarəti ilə bağlı heç kim maraqlanmadı. O da tanışı Toğrul İsmayılova zəng vuararaq məlumat verdi. Toğrul İsmayılov gəlib şəxsi avtomobili ilə onu Xətai metrosu yaxınlığında yerləşən “MEDİLAND” Hospitalına apararaq orda müayinə olunmuşdur. Müayinə xərcləri ilə bağlı TOYOTA PRİUS markalı avtomobili idarə edən adını sonrada bildiyi Rəvan adlı şəxsin ***-***-**-** mobil telefonuna zəng vuraraq məlumat versədə o heç bir maddi ziyanını ödəmədiyi üçün həmin gün axaşam saatlarında bu barədə DİN-nin 102 zəng mərkəzi sisteminə zəng vuraraq məlumat vermişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibininin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 876 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 alın, sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması; sağ göz almasının ağlı qişasına qansızma, üst dodaq nahiyəsinin əzilmiş səthi yarası və sol mil-bilək oynağı nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Zərərçəkmiş şəxs2 izahatını, Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2683/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2683/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver