Məhkəmə qərarları › İş №3(008)-2686/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2686/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2686/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, Hüquqi şəxs “ABADLİQ-R TTQ» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin əmək müfəttişi X14 tərəfindən hüquqi şəxs “ABADLİQ-R TTQ» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 05 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X21 xx.xx.2025-ci il, X11 xx.xx.2025-ci il, X4 xx.xx.2024cü il, X22 xx.xx.2024-cü il, X18 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək “Qarabağ və X24 rayonlarında” əmək müqavilələri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında “ABADLİQ-R TTQ» MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, MMC Qarabağda işğaldan azad olan ərazilərdə fəaliyyət göstərməklə "xxxx" şirkətinin subpotradçısıdır. "AS İNŞAAT” MMC ilə aralarında bağlanmış 14 may 2024-cü il tarixli, ASİ/P/023/24 saylı podrat müqaviləsinə əsasən "xxxx" MMC Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və ikinci fazasının yenidən qurulması ərazinin 1 saylı Əlavəsində göstərilən tikinti-quraşdırma işlərinin icrasını öz öhdəsinə götürmüşdür. Həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün "xxxx" MMC olaraq yeni əməkdaşlar işə götürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixində X22 və X18, xx.xx.2024-cü il tarixində X3, xx.xx.2024-cü il tarixində X21, xx.xx.2025-ci il tarixində isə X11 işə qəbul barəsində ərizə ilə "xxxx" MMC-yə müraciət etmişlər. Daha sonra "ABADLİQ Təmir Tikinti Quraşdırma" X5 18 noyabr 2024-cü il tarixli, 486 nömrəli əmri ilə X1 18 noyabr 2024-cü il tarixindən etibarən, 12 dekabr 2024-cü il tarixli, 537 nömrəli əmri ilə X12 12 dekabr 2024-cü il tarixindən etibarən, 09 yanvar 2025-ci il tarixli, 12 nömrəli əmri ilə isə X6 09 yanvar 2025-ci il tarixindən, 06 noyabr 2024-cü il tarixli, 457 nömrəli əmri X22 və X9 06 noyabr 2024-cü il tarixindən etibarən bağlanmış əmək müqaviləsinin nəzərdə tutulan şərtlərinə uyğun olaraq, işəmuzd aylıq əmək haqqın 450 (dörd yüz əlli) manat olmaqla işə qəbul edilmələri əmri edilmişdir.Onu da qeyd etmək lazımdır ki, X3 ilə 3N9MS6H000800 nömrəli, X18 ilə 2F05D8M000200 nömrəli, X21 ilə 1AU948J000700 nömrəli, X11 ilə 2RFHMJ2000300 nömrəli, X22 ilə 60A5BA2000700 nömrəli əmək müqavilələri bağlanmış, hətta bundan sonra "xxxx" MMC tərəfindən adı çəkilən şəxslərin Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidən qurulması layihəsi ərazisinə daxil olmaları üçün icazə də alınmışdır. Daha sonra 14 noyabr 2024-cü il tarixində X22, 14 yanvar 2025-ci il tarixində X11, 17 yanvar 2025-ci il tarixində X21, 15 noyabr 2024-cü il tarixində X18, 02 dekabr 2024-cü il tarixində isə X3 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı ABADLİQ-R TTQ" MMC-yə ərizə ünvanlamışlar. Buna görə də, xx.xx.2024-cü il tarixli, 516 nömrəli əmr ilə X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixli 482 nömrəli əmr ilə X18 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024- cü il tarixindən, xx.xx.2025 tarixli, 59 nömrəli əmr ilə X21 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixli 25 nömrəli əmr ilə X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2024-cü il tarixli, 472 nömrəli əmr ilə X22 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmiş, işçilərin işlədikləri dövr ərzində istifadə edilməmiş məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Bu barədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri də mövcuddur. Göründüyü kimi bütün proses qanuni şəkildə həyata keçirilmiş, adı çəkilən şəxslərin hər biri ilə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanmış və həmin əmək müqavilələrinə yenə qanuna uyğun olaraq xitam verilmiş, bununla da "xxxx" MMC olaraq heç bir hüquq pozuntusu törədilməmişdir. DİN portalında qeyd edilməsi üçün siyahını özləri birbaşa deyil "xxxx" vasitəsilə göndərmişlər. Protokolda adları qeyd edilən işçilərin əmək müqaviləsinə xitam verilən gün sifarişçi "xxxx" MMC-nə müraciət etmiş və buna dair yazışmaları məhkəməyə təqdim etmişdir. Məlumat üçün qeyd etmişdir ki, X20 Xidmətinin Bakı şəhər Ərazi İrarəsi tərəfindən eyni inzibati xəta pozuntusu ilə bağlı MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardadn vəzifəli şəxs şikayət vermiş, Binəqdi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarı ilə X20 Xidmətinin Bakı şəhər Ərazi İrarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Binəqdi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X20 Xidmətinin nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X20 Xidmətinin nümayəndəsi X23 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Qarabağ və X24 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X21 xx.xx.2025-ci il, X11 xx.xx.2025-ci il, X4 xx.xx.2024-cü il, X22 xx.xx.2024-cü il, X18 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək “Qarabağ və X24 rayonlarında” əmək müqavilələri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, Qarabağ ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək Şəxs MMC-də işləmiş, lakin şərait yaxşı olmadığından orda işləməkdən imtina etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən sonra “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. Sonradan başqa şirkətlə əmək müqaviləsi bağlamış, hazırda da əmək müqaviləsi əsasında başqa şirkətin əməkdaşı kimi işğal olunmuş ərazilərdə işləyir. Ona verilmiş suallara cavabında “ABADLİQ-R TTQ» MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X18 izahatında bildirmişdir ki, “ABADLİQ-R TTQ» MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işləmiş, daha sonra işləyə bilmədiyi üçün müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni xx.xx.2024-cü il tarixdən “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, “ABADLİQ-R TTQ» MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işləmiş, daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni xx.xx.2024-cü il tarixdən “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X18 oğlu işə qəbul olunmaqla bağlı ərizə ilə Şəxs MMC-yə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X22 işə qəbul olunmaqla bağlı ərizə ilə Şəxs MMC -yə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X3 işə qəbul olunmaqla bağlı ərizə ilə Şəxs MMC-yə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X21 işə qəbul olunmaqla bağlı ərizə ilə Şəxs MMC-yə müraciət etmişdir. xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, X11 işə qəbul olunmaqla bağlı ərizə ilə Şəxs MMC -yə müraciət etmişdir. 18 noyabr 2024-cü il tarixli, 486 nömrəli əmri ilə X1 18 noyabr 2024-cü il tarixindən etibarən, 12 dekabr 2024-cü il tarixli, 537 nömrəli əmri ilə X12 12 dekabr 2024-cü il tarixindən etibarən, 09 yanvar 2025-ci il tarixli, 12 nömrəli əmri ilə isə X6 09 yanvar 2025ci il tarixindən, 06 noyabr 2024-cü il tarixli, 457 nömrəli əmri X22 və X9 06 noyabr 2024-cü il tarixindən etibarən bağlanmış əmək müqaviləsinin nəzərdə tutulan şərtlərinə uyğun olaraq, işəmuzd aylıq əmək haqqın 450 (dörd yüz əlli) manat olmaqla işə qəbul edilmələri əmri edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmrlərin surətindən görünür ki, -xx.xx.2024-cü il tarixli, 516 nömrəli əmr ilə X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, -xx.xx.2024-cü il tarixli 482 nömrəli əmr ilə X18 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, -xx.xx.2025 tarixli, 59 nömrəli əmr ilə X21 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, -xx.xx.2025-ci il tarixli 25 nömrəli əmr ilə X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, -xx.xx.2024-cü il tarixli, 472 nömrəli əmr ilə X22 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2"a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. "xxxx" MMC-nin 108 saylı 14 mart 2025-ci il tarixli müraciətindən görünür ki, "xxxx" MMC-nin işçilərin işğaldan azad olunmuş Zəngilan rayonunun ərazisininə daxil olmalarına müvafiq icazələrin alınması istiqamətində müvafiq köməklik göstərilmişdir. İcazələrin alınması və ləğv edilməsi ilə bağlı qarşılıqlı müraciətlər əlavədəki cədvəllərdə göstərilmiş tarixlər üzrə həyata keçirilmişdir. Həmin sənədə qoşmadan görünür ki: -X15 icazənin alınması üçün AS İnşaat MMC-nə xx.xx.2024-cü il tarixdə müraciət daxil olmuş, icazənin ləğvi üçün müraciət isə xx.xx.2024-cü il tarixdə Abadlıq-R TTQ MMC tərəfindən "xxxx" MMC-nə daixl olmuş və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. -X13 icazənin alınması üçün AS İnşaat MMC-nə xx.xx.2024-cü il tarixdə müraciət daxil olmuş, icazənin ləğvi üçün müraciət isə xx.xx.2024-cü il tarixdə Abadlıq-R TTQ MMC tərəfindən AS İnşaat MMC-nə daixl olmuş və xx.xx.2024-cü il tarixdə AS İnşaat MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. -X2 icazənin alınması üçün AS İnşaat MMC-nə xx.xx.2024-cü il tarixdə müraciət daxil olmuş, icazənin ləğvi üçün müraciət isə xx.xx.2024-cü il tarixdə Abadlıq-R TTQ MMC tərəfindən AS İnşaat MMC-nə daixl olmuş və xx.xx.2024-cü il tarixdə AS İnşaat MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. -X16 icazənin alınması üçün AS İnşaat MMC-nə xx.xx.2024-cü il tarixdə müraciət daxil olmuş, icazənin ləğvi üçün müraciət isə xx.xx.2025-ci il tarixdə Abadlıq-R TTQ MMC tərəfindən AS İnşaat MMC-nə daixl olmuş və xx.xx.2025-ci il tarixdə AS İnşaat MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. -X7 icazənin alınması üçün AS İnşaat MMC-nə xx.xx.2025-ci il tarixdə müraciət daxil olmuş, icazənin ləğvi üçün müraciət isə xx.xx.2025-ci il tarixdə Abadlıq-R TTQ MMC tərəfindən AS İnşaat MMC-nə daixl olmuş və xx.xx.2025-ci il tarixdə AS İnşaat MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. ASİ/P/023/24 saylı xx.xx.2024-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında işlərin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Bakı şəhər Binəqdi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-1292/2025 saylı qərarı ilə Şəxs MMC-nin direktoru X28 tərəfindən verilmiş şikayət təmin edilmiş, Şəxs MMC-nin direktoru X28 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(103)-1034/2025 saylı qərarı ilə X20 Xidmətinin Bakı şəhər Ərazi İrarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Binəqdi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Elektron sistemdən çıxarışdan görünür ki, X19, X11, X4, X22, X13 xx.xx.2025-ci il tarixədək Şəxs MMC tərəfindən icazə üçün müraciət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, “ABADLİQ-R TTQ» MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən Şəxs barəsində “Qarabağ və X24 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib edildiyi göstərilsə də, tərtib edilmiş protokol elektron olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinə əsasən bu məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X20 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, Şəxs MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid X21 izahatında bildirmişdir ki, Qarabağ ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək Şəxs MMC-də işləmiş, lakin şərait yaxşı olmadığından orda işləməkdən imtina etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən sonra “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. Sonradan başqa şirkətlə əmək müqaviləsi bağlamış, hazırda da əmək müqaviləsi əsasında başqa şirkətin əməkdaşı kimi işğal olunmuş ərazilərdə işləyir. Ona verilmiş suallara cavabında qeyd etmişdir ki, “ABADLİQ-R TTQ» MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Həmçinin şahid qismində dindirilmiş X18 izahatında bildirmişdir ki, “ABADLİQ-R TTQ» MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işləmiş, daha sonra işləməyə bilmədiyi üçün müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni xx.xx.2024-cü il tarixdən “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. Bundan əlavə şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, “ABADLİQ-R TTQ» MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işləmiş, daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni xx.xx.2024-cü il tarixdən “ABADLİQ-R TTQ» MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə iclasında “ABADLİQ-R TTQ» MMC-nin nümayəndəsi protokola etiraz edərək bildirmişdir ki, onun təsisçisi olduğu MMC podratçı şirkət kimi fəaliyyət göstərir. İşçilər təsisçisi olduğu MMC tərəfindən deyil, sifarişçi şirkət tərəfindən portala daxil edilir. Onların belə bir səlahiyyəti yoxdur. 05 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən işçilərlə əmək müqaviləsi bağlanılaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, sonradan isə onlar işləmək istəmədiklərindən əmək müqaviləsinə xitam verilmişdir. Protokolda adları qeyd edilən işçilərin əmək müqaviləsinə xitam verilən gün sifarişçi "xxxx" MMC-nə müraciət etmiş və buna dair yazışmaları məhkəməyə təqdim etmişdir. Həmin işçilərlə əmək müqaviləsinə xitam verildikdən sonra onlar hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Göstərilənlərin nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC-nin 108 saylı 14 mart 2025-ci il tarixli müraciətindən görünür ki, "xxxx" MMC tərəfindən protokolda adları qeyd edilən işçilərə müvafiq tarixlərdə icazənin alınması üçün "xxxx" MMC-nə müraciət daxil olmuş, icazənin ləğvi üçün əmək müqavilələrinə xitam verilən gün “Abadlıq-R TTQ MMC tərəfindən "xxxx" MMC-nə müraciət daixl olmuş və həmin tarixlərdə "xxxx" MMC tərifindən icazənin ləğvi üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezdentinin xesusi nümayəndəliyinə müraciət edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolda adları qeyd edilən işçilər ilə MMC arasında qanunvericiliyə uyğun olaraq əmək müqavilə olmuş, daha sonra həmin əmək müqavilələri qanunvericilikdə müəyyən edilmiş qaydada xitam verilməklə əmək müqaviləsi bildirişi qeydə alınmışdır. Həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra işçi statusunda hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamış, bunu təsdiq edəcək sübutlar isə səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 05 fevral 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs “ABADLİQ-R TTQ» MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin göstərilən tarixlərdə əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar