Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2687/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 aprel 2025-cü il tarixli 01400- 03219/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, Şəxs ilə Rusiya Federasiyasının RVİ (RUSSİAN VENTURE İNVESTMENTS) şirkəti arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli RVİ-N20-VİA-311023 nömrəli müqaviləyə əsasən RVİ şirkətinin sifarişləri üzrə Şəxs MMC Rusiya Federasiyasına xx.xx.2024-cü il tarixli **********2459 nömrəli Gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri 2.551.536 (iki milyon beş yüz əlli bir min beş yüz otuz altı) Rubl, netto çəkisi 18.096 kq təzə nektarin meyvəsi ixarac edilmişdir. xx.xx.2024-cü il tarixli **********2459 nömrəli gömrük bəyannaməsində göstərilən məhsul yaş məhsul olduğu üçün 644.94 kq təbii itki və 122.157 kq məhsul xarab olmaqla ümümilikdə 142099,09 ( bir yüz qırx iki min doxsan doqquz rubl doqquz kopek) RUB dəyərində xx.xx.2024-cü il tarixli ********** nömrəli tələb (претензия) sənədi qarşılıqlı razılıq əsasında tərtib edilmişdir və əlavə olaraq xx.xx.2024-cü il tarixli **********2459 nömrəli Gömrük bəyannaməsində göstərilən 66038,8 ( altmış altı min otuz səkkiz rubl səksən kopek) RUB dəyərində xx.xx.2024-cü il tarixli ********** nömrəli tələb (претензия) sənədi qarşılıqlı razılıq əsasında tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli **********6787 nömrəli Gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri 2.696.304,00 (iki milyon altı yüz doxsan altı min üç yüz dörd) Rubl, netto çəkisi 18.096 kq təzə nektarin meyvəsi ixrac edilmişdir. xx.xx.2024-cü il tarixli **********6787 nömrəli gömrük bəyannaməsində göstərilən məhsul yaş məhsul olduğu 215.8 kq təbii itki və 178.802 kq məhsul xarab olmaqla ümümilikdə 121084,78 ( bir yüz iyirmi bir min səksən dörd rubul yetmiş səkkiz kopek) RUB deyərində xx.xx.2024- cü il tarixli ********** nömrəli tələb (претензия) sənədi qarşılıqlı razılıq əsasında tərtib edilmişdir. Tərtib edilmiş **********, **********, ********** nömrəli tələb sənədlərinə əsasən ümumilikdə 329222.70 (üç yüz iyirmi doqquz min iki yüz iyirmi iki rubul yetmiş kopek) rubul dəyərində məhsul xarab olmuş və təbii itki halı baş vermişdir. Müqaviləyə əsasən tələb sənədlərində göstərilən məbləğ çıxıldıqdan sonra ödəniş həyata keçirlir. Azərbaycan Resspublikası Mərkəzi Bankında xx.xx.2024 -cü il tarixli **********2459 nömrəli Gömrük bəyannaməsində göstərilən məbləğin ödənişi xx.xx.2024cü il tarixində ödənildiyi zaman 100 (bir yüz) Rusiya rubulun Azərbaycan manatına nisbətən məzənnəsi 1.86 manat, xx.xx.2024-cü il tarixli **********6787 nömrəli gömrük bəyannaməsində göstərilmiş göstərilən məbləğin ödənişi xx.xx.2024- ci il tarixində ödənildiyi zaman 100 ( bir yüz Rusiya rubulun Azərbaycan manatına nisbətən məzənnəsi 1.86 manat) olmuşdur. Bunun nəticəsi olaraq gömrük bəyannaməsində göstərilmiş məbləğlə hesablaşma (bank) hesabına daxil olan məbləğ arasında fərq yaranmışdır. Həmçinin, “Ticarət və ictimai iaşə sahəsində qida məhsullarının təbii itki Normalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti 307 nömrəli qərarının müddəlarının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 2024-cü ilin iyul ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 321537,36 Rubl dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-000303/2025 nömrəli bildiriş göndərilsə də, hazırki dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunu rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli, **********2459 və xx.xx.2024-cü il tarixli, **********6787 nömrəli gömrük bəyənnamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 321537,36 rubl məbləğində vəsait Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminin “Əməkdaşlıq” bölməsinin “valyuta məzənnəsi” alt bölməsinə baxış zamanı xx.xx.2025-ci il tarixində 100 Rusiya rublunun Azərbaycan manatına nisbətdə məzənnəsinin 20420 manat olduğu müəyyən olunmuşdur. Belə liklə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********2459 və xx.xx.2024-cü il tarixli **********6787 nömrəli gömrük bəyannamələri üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 321537.36 Rubl məbləğində vəsaitin Azərbaycan manatı ilə 6565 manat 79 qəpiyə ekvivalent olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, **********2459 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “Arviay" (X1) şirkətinə 18096,00 kq, invoys dəyəri 2551536,00 Rusiya Rublu olan nektarin ixrac edilmişdir. xx.xx.2024-cü il tarixli, **********6787 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “Arviay" (X1) şirkətinə 18096,00 kq, invoys dəyəri 2696304,00 Rusiya Rublu olan nektarin ixrac edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir.” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12,2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC-nin nümayəndəsi tərəfindən dəlillərinin təsdiqi olaraq təqdim edilən “Arviay" MMC-nin pretenziya məktublarından görünür ki, Şəxs MMC-nin göndərdiyi mallarda kəmiyyət çatışmazlığının aşkar olunması səbəbindən azaldılmış qiymətlə malların ödənilməsi təklif edilmişdir. Şəxs MMC tərəfindən bu təklif qəbul edilərək ödənişin pretenziyada göstərilən məbləğdə əvəzləşdirilməsinə və 01 saylı hesab faktura üzrə ödənişin göstərilən məbləğə azaldılmasına razılığına dair cavab məktubu təqdim edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş faktiki hallarından məlum olur ki, ixrac olunan malların yolda olarkən xarab olması, təbii itkiyə məruz qalması səbəbindən çəkidə azalma yaranmış və buna uyğun olaraq tərəflər arasında azaldılmış qiymətlərlə ödənişin aparılmasına dair razılıq əldə edilmiş və həmin məbləğdə vəsait də şirkət tərəfindən ödənilmişdir. Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində real olaraq əldə edilmiş vəsaitin ödənilməsi həyata keçirilmişdir. Tərəflər aralarında azaldılmış məbləğlə vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər ki, bu da xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində məhz həmin məbləğdə vəsaitin əldə edilməsi nəticəsinə gəlməyə imkan verir. Gömrük bəyannamələrində göstərilən məbləğdə vəsaitin ödənilməməsində müəssisənin təqsiri sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Odur ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2687/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2687/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver