Məhkəmə qərarları › İş №3(008)-2695/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2695/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2695/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu İnzibati tənbeh tətbiq edilən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC Bakı şəhəri Nizami Rayonu, X1 ev 181 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokol və ya digər materiallara baxılması üçün aidiyyati üzrə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol baxılması üçün aidiyyati üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7 maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar