Məhkəmə qərarları › İş №3(008)-27/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-27/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-27/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi, Vəkil, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X2 nümayəndəsi, Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, 04 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarından verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Amerrza Taghızadeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 02 (iki) il müddətinə məhdudlaşdırılması ilə bağlı qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Amerrza Taghizadehin nümayəndəsi, Vəkil bildirdi ki, 04 dekabr 2022-ci il tarixdə müdafiəçisi olduğu Taghızadeh Amerrza barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6- cı maddəsi ilə qərar qəbul edilmişdir. Qərara əsasən onun üzərinə 16 noyabr 2022-ci il tarixində ölkə ərazisini tərk etmək vəzifəsi qoyulmasına baxmayaraq tələb olunan 10 gün ərzində ölkəni tərk etməkdən boyun qaçırmışdır. İnzibati xətaya dair işə 04 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsində baxılsa da, Taghızadeh Amerrza barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinin tələblərini pozmaqla 400 (dört yüz) manat məbləğində cərimə olunmaqla ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 02 (iki) il müddətinə məhdudlaşdınması ilə balğı qərar çıxarılmışdır. Hesab edir ki, müdafiəçisi olduğu şəxs barəsində tərtib edilən protokol və qərar tamamilə qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki tərtib olunan protokolda Taghızadeh Amerrza guya ölkə ərazisini tərk etməklə bağlı üzərinə qoyulmuş öhdəlikdən məlumatlı olmuş və təklif edilən cəriməni ödəməkdən imtina etmişdir. Bu tamamilə protokol tərtib edən orqanın uydurması olmuşdur. Cəriməni ödəməkdən imtina edilməsi ilə bağlı protokolda qeyd olunsa da protokol Taghızadeh Amerrza tərəfindən imzalanmamış, ümumiyyətlə imzalamaq ona təklif edilməmişdir. Qeyd olunan protokolda nə barəsində inzibati tənbeh tədbiq edilən şəxsin imzası, nə də ki protokolu imzalamaqdan imtina etməsinə dair hər hansı bir qeyd yoxdur. Məlumat üçün bildirmək istəyir ki, Taghızadeh Amerrza artıq 10 ildən artıqdır ki, Azərbaycan Respublikası ilə sıx əlaqədə olan bir şəxsdir. 18 aprel 2012-ci il tarixdən Bakı şəhərində "xxxx" MMC şirkətini yaratmış və onun rəhbəri olmuşdur. Bundan əlavə şəxsin ölkə ərazisini qeyd olunan müddət ərzində tərk etməməsi də qəsdən edilməmişdir. Belə ki, şəxs ölkədə yaranan karantin rejimi ilə əlaqədar olaraq öz ölkəsinə getmiş və ölkə sərhədlərinin bağlı olması səbəbi ilə uzun bir müddət Azərbaycan Respublikasına gələ bilməmişdir. Bu müddət ərzində "xxxx" MMC fəaliyyət göstərməməsinə baxmayaraq ona xeyli miqdarda vergi borcu hesablanmışdır. Bundan sonra Taghızadeh Amerrza tərəfindən vergi orqanına vergi məbləğinin azaldılması ilə bağlı müracit etmiş və vergi orqanı tərəfindən müraciətə baxıldıqdan sonra müvafiq dövrlər üzrə kameral qaydada əlavə hesablanmış vergi məbləği azaldılmışdır. Daha sonra borclu şəxs tərəfindən vergi borcu ödənilmişdir. Vergi borcu ödənildikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə 26 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Ölkədən getmək hüququnun məhdudlaşdırıldığı dövr ərizində yaranmış problemlə əlaqədar Taghızadeh Amerrza tərəfindən Dövlət Miqrasiya Xidmətinə 28 oktyabr 2022-ci il tarixində müraciət edilmiş vizasının müddətinin qurtarması amma buna baxmayaraq hal-hazırda ölkəni tərk edə bilməməsi ilə bağlı məlumat verilmiş və yaranan problemin aradan qaldırılmasına qədər müvəqqəti yaşamaq üçün icazənin verilməsini xahiş edilmişdir. Bütün bunlara baxmayaraq Dövlət Miqrasiya Xidməti şəxsin müraciətinə baxaraq 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli qərarla ölkəni tərk etmək hüququ məhdudlaşdırılan şəxsin üzərinə 10 gün ərzində ölkəni tərk etmək öhdəliyi qoyulmuşdur. Məhkəmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 şikayət ərizəsinə etiraz edərək müvafiq sübutlar təqdim edilmədiyindən və təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş qərar qanuni olduğunda şikayətin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Amerrza Taghızadeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 02 (iki) il müddətinə məhdudlaşdırılması ilə bağlı qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məjəllənin 575.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına; 575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına; 575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına; 575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına; 575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə; 575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına; 575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə-əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məjəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məjəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məjəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ijlasında müəyyən edilmiş hallara hüquqi qyimət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsləri tərəfindən heç bin qanun pozuntusuna yol verilməmiş, inzibati qərarın ləğv olunması üçün heç bir əsaslı sübut müəyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmadı. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli «inzibati tənbeh vermə haqqında» qərarının ləğv olunması barədə Amirreza Taghizadehin nümayəndəsi, Vəkil şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Amirreza Taghizadehin nümayəndəsi, Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar