Məhkəmə qərarları › İş №3(008)-2716/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2716/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2716/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Vət. Şəxs müxtəlif vaxtlarda bölmənin ərazisində müxtəlif şəxslərə məxsus bank kartlarından pul çıxararaq mənimsəmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi Rövşən Hüseynov tərəfindən MN № ******* saylı, MN № 1124118, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı və MN № ******* saylı 08 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda dəymiş ziyanın məbləği tam göstərilməmiş və zərərçəkmiş şəxslərin izahatları iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində xırda talama əlamətləri deyil, mənimsəmə əlamətləri mövcüddur. Əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar