Məhkəmə qərarları › İş №3(008)-2724/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2724/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2724/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Bakı şəhər Şəxs nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş Bakı şəhər Şəxs İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhər Şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ-dən daxil olmuş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi təqdim edilməmişdir. Nəticədə Bakı şəhər Şəxs tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də xx xxxxxxx 2020-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu icra hakimiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Protokolda qeyd olunan “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs Başçısının xx xxxxxx 2012-ci il tarixli 578 saylı sərəncamına əsasən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin balansına verilmişdir. Hal-hazırda həmin avtomobil Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin balansındadır. Eyni zamanda bildirir ki, “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Sabunçu RPİ DYPŞ-nə məlumat verilmişdir. Hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında elektron protokoldan görünür ki, “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər Şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 201 nömrəli məktubundan görünür ki, “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs Başçısının xx xxxxxx 2012-ci il tarixli 578 saylı sərəncamına əsasən Bakı şəhər Şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin balansına verilmişdir. Məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı İdarəsinə məxsus “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə məlumat verilmişdir. Məhkəmə Bakı şəhər Şəxs nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhər Şəxs barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, Bakı şəhər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ inspektoru E.Əbilov tərəfindən tərtib edilmiş AP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraataxitamverilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar