Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2732/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində “Seat” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi yaşayış massivində yola bitişik ərazidə, ara məhəllədən Bəşir Bünyadov küçəsinə çıxarkən həmin küçədə səmtini dəyişmədən soldan hərəkət edən “Opel Astra” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ-nin DYPŞnin YNH üzrə baş inspektoru polis kapitanı X6 tərəfindən AP ******* seriyalı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı X6 tərəfindən AP ******* seriyalı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində “Seat” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi yaşayış massivində yola bitişik ərazidə, ara məhəllədən Bəşir Bünyadov küçəsinə çıxarkən həmin küçədə səmtini dəyişmədən soldan hərəkət edən “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncu avtomobilin sürücüsü X7 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında zərərçəkmiş X7 izahatında göstərmişdir ki, “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində qeyd olunan avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ilə üzü Koroğlu metrostansiyası istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkətdə olan “Kia Servisin” qarşısından yolun sağ tərəfindən gözləmədiyi hərəkətdə olan “Seat” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxaraq sola doğru dönmə əməliyyatı etmək istəyərkən onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisədən sonra idarə etməni itirərək əks yola çıxıb yolun kənarında olan divara dəyərək dayanmışdır. Halhazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayəti var. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir İnzibati protokol tərtib edilmiş şəxs Şəxs və inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş, inzibati protokolu tərtib etmiş orqan Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 64.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 1987 nömrəli Ekspert rəyindən görünür ki, X3 alın nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıətrafının almacıq nahiyəsinin, sol milbilək oynağının, hər iki budun qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə məhkəmə baxışı zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunduğundam o, həmin maddə ilə təqsirli bilinməlidir. Lakin məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs yolnəqliyyat hadisəsi törətməsi ilə əlaqədar material üzrə 2022-ci ilin sentyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Belə olan təqdirdə Аzərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən şəxs həmin tarixdən ötən üç ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilərdi. Çünki Аzərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törədilməsi istinad olunan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati məsuliyyətə cəlb olunması üçün qanunla müəyyən olunmuş müddət keçdiyinə görə, onun barəsində Sabunçu Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 57, 28, 129-130-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edidiyi gündən işə baxan Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2732/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2732/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver