Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-274/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Vət. Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:07-də sürücülük hüququ olmadan “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində hərəkət edərkən yolayrıcına daxil olan zaman sağdan hərəkət üstünlüyünə malik olan “Kia Soul” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində zərbədən idarəetməni itirərək qarşı yolda yolayrıcında dayanmış “Mercedes Benz” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobillərə zərər dəymiş və sonuncu avtomobilin sürücüsü və sərnişinləri yüngül bədən xəsarətləri almışlar. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin axtarış üzrə inspektoru Sahib Mirzəyev tərəfindən AP ******* saylı, 12 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdı tərtib olunsa da, məhkəməyə xx.xx.2023cü il tarixdə təqdim olunmuşdur. Həmçinin Şəxs barəsində inzibati xəta haqqında protokol məhkəməyə daxil olsa da, həmin şəxs Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nin inspektoru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-274/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-274/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver