Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2754/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 03 aprel 1982-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41, mənzil 48-də yaşayan-X12 oğlunun Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinin MN seriyalı ******* saylı 03 dekabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinin MN seriyalı ******* saylı 03 dekabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul edən Azərbaycan Respublikasının Bakı şəhər Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılsa da, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətini onunla əsaslandırdı ki, 07 may 2017-ci il tarixində əmək haqqı kartından aylıq maaşını çıxararkən əmək haqqının 244 manat az olduğunu görmüş, səbəbini hazırda işlədiyi “xxxx” ASC-nin Nərimanov rayon idarəsinin maliyyə şöbəsinə soruşduqda ona ƏMDK-nın Bakı ərazi idarəsi tərəfindən cərimə olunduğu bildirılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin müfəttişləri tərəfindən keçirilmiş monitorinqlər zamanı guya tərəfindən Sabunçu rayonunun inzibati ərazisi, Məmmədli kəndi ərazisində “torpaq sahəsinin münbit qatının korlandığı” müəyyən edilərək İXM-nin 100 və 101-ci maddələrinə əsasən barəsində inzibati protokol tərtib edilmiş, daha sonra İXM-nin 61.3-cü maddəsinə əsasən 03 dekabr 2018-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən, tərəfindən İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün 1000 (bir min) manat cərimə olunmuşdur. O, isə bu qərarın surətini 19 may 2021-ci il tarixində rəsmi qaydada müraciəti əsasında almışdır. O, hər hansı bir inzibati qayda pozuntusu etməmiş və ƏMDK-nın Bakı Ərazi İdarəsinin müdiri dövlət müfəttişi X3 mübahisələndirilən qərarda yazdıqları da tamamilə onun qeyri- obyektiv mülahizələridir. Çünkü, nə o, protokol və qərar çıxarılan vaxt həmin ərazidə yaşamış, nə də ki indi həmin ərazidə yaşayır. Bunu iş materiallarına əlavə etdiyi “Nərimanov-23” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin arayışından da açıqça müəyyən olunur. Odur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin müfəttişləri tərəfindən keçirilmiş monitorinqlər zamanı guya tərəfindən Sabunçu rayonunun inzibati ərazisi, Məmmədli kəndiərazisində torpaq sahəsinin münbit qatının korlandığı müəyyən edilməsi və bunun əsasında protokol tərtib edərək, cərimə tətbiq etməsi ilə tamamiylə qanunsuzdur. Qanunun tələbinə görə isə hazırkı vəziyyətdə onun inzibati xəta törətməkdə təqsirli olduğunu sübutetmə yükü Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin üzərinə düşür. Çünki inzibati xətalara dair işlərə baxılarkən təqsirsizlik prezumpsiyasına mütləq əməl edilməlidir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi MN seriyalı ******* saylı 03 dekabr 2018-ci il tarixli qərarla təsdiq olunur. Belə ki, X4 əməlindəki inzibati xəta tərkibi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşamaq deyil, Sabunçu rayon inzibati ərazi daxilində Məmmədəli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahsində mülkiyyətində olan 0.50 ha torpaq sahəsində hasarlanmış və təyinatından kənar istifadə edərək torpaq sahəsinin münbit qatını korlaması olmuşdur. Şikayətçi şikayətində həmin ərazidə yaşamadığını qeyd edərək bu barədə arayışı şikayətə əlavə etməsinə baxmayaraq həmin ərazidə mülkiyyətində torpaq sahəsinin olub-olmamasına dair hər hansı sübutu şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin MN seriyalı ******* saylı 03 dekabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X7 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X4 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı: X4 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin MN seriyalı ******* saylı 03 dekabr 2018-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2754/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2754/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver