Məhkəmə qərarları › İş №3(008)-2772/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2772/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2772/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 19 aprel 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 55, mənzil 78-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində “Toyota Prius minik” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Buzovna yolunda hərəkətdə olarkən tam olaraq qarşı yola çıxmaqla hərəkətini davam etdirmiş, bu zaman qarşıda icazə verilən yerdən sola dönən “Reno” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Sonra idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Hadisə nəticəsində “Toyota Prius minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X2 yüngül bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ DYPŞ-nin YNH üzrə baş inspektoru Məmmədov Kamran azad oğlu tərəfindən AP ******* seriyalı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə, saat 19:00 radələrində “Toyota Prius minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Buzovna yolunda hərəkətdə olarkən “Reno” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Sonra idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Hadisə nəticəsində onun idarə etdiyi maşında olan tanışı X2 yüngül bədən xəsarətləri yetirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Cəriməni ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsə və inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər, inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan başqa iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 518 nömrəli Ekspert rəyindən görünür ki, Vət. X4 sağ diz oynağı nahiyəsinin hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, həmçinin inzibati xətanın törədilmə vaxtını və həmin vaxt qüvvədə olan inzibati qanunverciliyin müddəalarını nəzərə alaraq, ona inzibati xətanın törədilmə vaxtı qüvvədə olan 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdulaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar