Məhkəmə qərarları › İş №3(008)-2817/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2817/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2817/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Gəncə şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonundan yas yerindən Bakı şəhərinə gələrkən, Gəncə şəhərinin Atatürk prospektində saat 12-17-də bizi DYP-nini **-YP-*** nömrəli patrul avtomaşını saxlayıb onlara bildirdi ki, maşınınızın qabaq nömrəsi yerində yoxdur, nə səbəbə. O da ona bildirmişdir ki, buferin qabağında plasmas qırıldığı üçün nömrəni qabaq podpresə skoçla vurmuşdur, polislər 3 nəfər idilər, arxada olan polis maşında uzanmışdı, o elə hiss etdi ki, onlar içkili idilər, iki nəfərdən biri hündür polis onlara nalayiq sözlər demiş, hədə qorxu gəlmiş və demişdir ki, bu saat Sizi içəri salıdaracam. O onlara dedi ki, özünüzü təqdim edin, onlar özlərini təqdim etmədilər, onların nə mikrafonu, nə də ki döş nişanları yox idi. Hündürboylu polis onlara kobudluq etdi və protokol tərtib edib 40 manat cərimə yazdı. X11 markalı 77 BM-421 nömrəli avtomaşını sahibi X8 təzyiqi qalxdığı üçün maşını o idarə edirdi. Sonra serjant polis maşınnı sahibinə gəlib dedi ki, sən veteransan, o da qaziyəm, gəl 40 manat cərirməni yarı bölək, 20 manat sənin 20 manat onun. Lakin maşının sahibi bundan imtina etdi, çünki onların maşınının nömrəsi podpresdə skoçla vurulmuşdur. Onlar nəyə görə ona 20 manat verməliyidi. Onlar inzibati protokol yazmışlar, lakin protokolda ad soyadları yoxdur. Ona görə də o onları boylarına görə yazır. Onlar polis adına ləkə gətirirlər, onlar polis orqanında işləyə bilməzlər.Onlara qarşı çox pis rəftar edirdilər, deyirdilər ki düşün maşından maşını cərimə meydançasına aparırıq. Onlar isə onlara qanunlara tabe olmağı bildirdik. Bu onların səhvidir. Polis işçiləri əmisini o dərəcəyə çatdırdılar ki, az qala əmisi özünü öldürsün. Onun arvadı onların qanunsuz hərəkətlərindən yuxarı instansiyalara şikayət etmişdir. Onun idarə etdiyi avtamaşının dövlət nömrəsi qabaq padpresə vurulmuş vəziyyətdə olmuşdur. Lakin inspektor əsassız olaraq ona bu barədə cərimə yazmışdır. Hesab edir ki, həmin qərar qərəzli olduğundan ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmağına dair Gəncə şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 12:17-də “NİSSAN TİİDA” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə Azərbaycan Respublikası İXMnin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2024-cü il tarixində saat 10:48-də “NİSSAN TİİDA” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Gəncə şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhəri X13 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Gəncə şəhəri X13 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar