Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2821/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-ə 28 mart 2023-cü il tarixdə sorğu göndərilərək, mülkiyyətində olan “Ford Transit yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş sürücü barəsində məlumat verilməsi tələb olunmuşdur. "xxxx" MMC qanunvericiliklə müəyyən olunmuş müddət ərzində bu məlumatı Sabunçu RPİ DYPŞ-nə təqdim etməmişdir. "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, təmsil etdiyi şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. "xxxx" MMC-ə məxsus “Ford Transit yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə DYP-nin sorğusu qanunla müəyyən edilmiş vaxt ərzində tərəflərindən cavablandırılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixində DYP-dən daxil olmuş sorğu tərəflərindən xx.xx.2023-cü il tarixində cavablandırılmış və müddətin keçməsinə yol verilməmişdir. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb hesab edir ki, əməldə inzibati xəta hadisəsi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC ə X3 İdarəsindən nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməsi barədə sorğu göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, həmin sorğu "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə cavablandırılmış və Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0-53.0.1.-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın üzərində olduğu üçün inzibati xəta haqqında iş materiallarla birlikdə sübuta yetirilmədiyindən və İXM-nin 53.0.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2821/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2821/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver