Məhkəmə qərarları › İş №3(008)-2850/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2850/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2850/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv olunmasına dair X1 ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin sahə rəisi Ramin Orucov tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X2 şikayət vermişdir. İş materiallarından görünür ki, qərardan şikayət verən şəxs X1 yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Vüsal Əliyev küçəsi, ev 26-da yerləşir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və yə protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, sikayət və ya protest üç gün müddətində aidiyyatı üzrə göndərilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin sahə rəisi Ramin Orucov tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X1 verdiyi şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin sahə rəisi Ramin Orucov tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarından X1 şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və alındığı gündən 10 gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar