Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2858/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Xəzər Məmmədlinin, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Bravo marketdə cinsi azlıq nümayəndəsi daxil olaraq mübahisə yaratmış və mübahisə zamanı əlində olan kəsici alətlə hücum edərək ictimai qaydanı pozmuş, marketin giriş qapsını təpik vururaq 150 manat dəyərində zərər vurmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixində Bakıxanov qəsəbəsi, Bravo marketə gecə saatlarında girmişdir. Əsəbi olduğu üçün marketin giriş qapısına təpiklə zərbə vurmuş, əlindəki kəsici alətlə yalandan vurmaq istəmişdir. Daha sonra marketin işçiləri onu tutmuşdur. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir.Hazırda dəymiş ziyanı ödəmək imkanı yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs onun rəhbərlik etdiyi Bravo marketə xx.xx.2024-cü il tarixində gecə saatlarında girmiş, nalayiq ifadələr işlədərək, marketin giriş qapısına təpiklə zərbə vurmuş, qapı xarab olmuş, usta çağıraraq onu təmir etmişlər, buna görə marketə 150 manat ziyan dəymişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Xəzər Məmmədli məhkəməyə verdiyi izahatında bildirdi ki, cinsi azlıq nümayəndəsi Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Bravo marketdə daxil olaraq mübahisə yaratmış və mübahisə zamanı əlində olan kəsici alətlə hücum edərək ictimai qaydanı pozmuş, marketin giriş qapsını təpik vururaq 150 manat dəyərində zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində X4 izahatında bildirmişdir ki, təxminən 6 aya yaxındır ki, Bravo mağazalar şəbəkəsinin R.Rüstəmov 86 filialında işləyir. xx.xx.2024-cü il tarixə saat təxminən 01 radələrində işdə olarkən bir nəfər cinsi azlıq nümayəndəsi əlində kəsici alətlə qəflətən mağazaya daxil olaraq mağazanın şüşəsini təpikləməyə başlamış, daha sonra onun üzərinə hücum çəkmişdir. Həmin şəxsin qarşısını almaq istədikdə o öz neqativ hərəkətlərinə davam etmiş, aralarında olan münaqişəyə digər işçilər gələrək müdaxilə etməyə başlamışlar, lakin münaqişə zamanı hər hansı xəsarət almamışdır. Əlavə olaraq aralarında münaqişə yaransa da, lakin həmin şəxsin ona hər hansı bir xəsarət yetirmədiyini, münaqişə zamanı ətrafda mağazanın işçilərinin olmasını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 24 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Bravo marketdə cinsi azlıq nümayəndəsi daxil olaraq mübahisə yaratmış və mübahisə zamanı əlində olan kəsici alətlə hücum edərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 24 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində Bakıxanov qəsəbəsi, Bravo marketin giriş qapsını təpik vururaq 150 manat dəyərində zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir təbirləri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 23 aprel 2024-cü il tarixdə saat 15:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar və Şəxs izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində xx.xx.2024-cü il tarixli AZA 018183 saylı inzibati qaydada tutma protokoluna əsasən həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 510-cu maddəsinə əsasən 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2858/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2858/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver