Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2859/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin etibarnamə üzrə nümayəndələri X4 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə 17 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən K********** çıxarışa əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən obyektdə yoxlamaya dair sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilməyərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını qeyd etmiş, bildirmişdir ki, ondan sənəd istədikdə təqdim etməmiş, lakin yoxlamanın keçirilməsinə etiraz etməmişdir, həmçinin o fiziki şəxsdir vəzifəli şəxs deyil, odur ki, tərtib edilmiş protokolla razı deyil və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin etibarnamə üzrə nümayəndələri X4 və X6 izahatlarında göstərmişdirlər ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən obyektdə X1 sahəsində aparılan yoxlamaların vahid məlumat sistemindən çıxarışı qəbul etməmiş, ona imza çəkməkdən imtina etmiş və yoxlamaya şərait yaratsa da, lazımi hüquqi sənədlərin surətlərini təqdim etməmişdir. Dəfələrlə vhatsap yazışması vasitəsilə Ceyhun Cəfərova şəxsiyyət vəsiqəsi və digər sənədlərin təqdim edilməli olmasını bildirsə də təqdim etməmişdir. Odur ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 aprel 2024-cü il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 4 cü ərazi X7 İdarəsinin X7 şöbəsinin böyük inspektoru daxili xidmət baş leytenantı Fərid Qonaqov, həmin şöbənin ınspektorları daxili xidmət kapitanı Kənan Osmanov və daxili xidmət kapitanı Elvin Rəhimovun iştirakı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 ünvanında yerləşən tədris mərkəzində 17 04.2024-cü il tarixdə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən daxil olmuş “Çıxarışa” (KY2********) əsasən yanğın texniki müayinə keçirmək üçün obyektdə olduq. Lakin obyekt rəhbəri yoxlamaya dair sənədləri təqdim etmədiyi uçün yanğın texniki yoxlaması keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin inspektoru X6 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən K********** çıxarışa əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən obyektdə yoxlamaya dair sənədlər təqdim olunmamışdır; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 08 aprel 2024-cü il tarixli KY242090140 saylı çıxarışdan görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən obyektdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Vergi ödəyicilərinin məlumatlarından görünür ki, X5 xx.xx.2016-cı il tarixdə fiziki şəxs qismində ********** nömrəli VÖEN-i qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir; 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. Barəsində inzibati protokol tərtib edilmiş şəxs X5 izahatında barəsində tərtib edilmiş protokolda göstərilən xüsusatlarla razılaşmayaraq özünün vəzifəli şəxs olmadığını, fiziki şəxs olduğunu, buna görə də inzibati məsuliyyətinin yaranmadığını bildirmişdir. Məhkəmə, X2 özünü vəzifəli şəxs hesab etməməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, o, xx.xx.2016-cı il tarixdə VÖEN alaraq fiziki şəxs kimi qeydiyyata alındığından və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin çıxışını, barəsində protokol tərtib edilmiş şəxsin sənədləri təqdim etməməsini etiraf etməsi ilə bağlı izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2859/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2859/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver