Məhkəmə qərarları › İş №3(008)-2879/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2879/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2879/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəxs yaxınlaşan zaman xx.xx.2022-ci il tarixdə X5 məxsus “Huawei” markalı mobil telefonu gizli yolla talayıb zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan hadisə ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik maddə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X9 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəxs yaxınlaşan zaman xx.xx.2022-ci il tarixdə X5 məxsus “Huawei” markalı mobil telefonu gizli yolla talayıb zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla oğurluq etdiyini bildirmişdir. Bununla əlaqədar olaraq onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Şəxs narkotik vasitənin təsiri altında oduğuna əsaslı şübhələr olduğun o, tibbi müayinədən keçirilmişdir. xx.xx.2023-cü il tarixdə tibbi müayinə zamanı Şəxs narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Bu səbəbdən də X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, X5 məxsus “Huawei” markalı mobil telefonu gizli yolla talamışdır. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki,inzibati protokol üzrə Аzərbaycan Respublikası İXM-nin 227-ci maddəsi başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta haqqında protokola qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta tərkibi olsa da, inzibati məsuliyyətə cəlbetmə müddətinin keçdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, Şəxs barəsində 29 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilsə də, beş ay sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edildiyindən inzibati işin icraatına xitam verilməlidir. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta tərkibi olsa da, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati işin icraatına xitam verilməlidir. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə əməli onun izahatı, tərtib olunmuş inzibati xəta haqqında protokol, inzibati tutma haqqında protokolu və digər iş materialı ilə tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Abbulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 3303 saylı rəyindən görünür ki, Şəxs sidiyində OPİ (+), MOP (+) və AMP (+) aşkar edilmişdir. Opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə sasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini və narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq hesab edir. İnzibati həbsin başlanğıcı isə şəxsin hüquqlarının məhdudlaşdırıldığı 29 may 2023cü il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 may 2023-cü il, saat 11:30-dan tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar X2 təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbsyerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş X1 məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev İş № 3(008)-5106/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 11 декабр 2021-ci il Bakı şəhəri Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəcəfzadə Cavid Məhərrəm oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Газыйв Фуад Даттайевичnun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Пянащов Теймур Мящяммяд oğllunun, Bakı şəhərində, məhkəmə binasında Пянащов Теймур Мящяммяд oğllunun Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 17:10-da açıldı. Hakim məhkəmə içlasını açır və Пянащов Теймур Мящяммяд oğllunun Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlmişlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Rzayev Anar Zahid oğlu Katib: Nəcəfzadə Cavid Məhərrəm oğlu Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim inzibati işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Газыйв Фуад Даттайевич: Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis bölməsinin polis sahə inspektoru, polis kapitanı Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Tərəvəz Südçülük sovxozu ünvanında qeydiyyatda olan Hakim proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda:- hüquq və vəzifələrim mənə aydındır. Hakim Пянащов Теймур Мящяммяд oğluna 07 saylı vəkil bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçirib-keçirməmək istəyini soruşur. Пянащов Теймур Мящяммяд oğlu müdafiəçidən imtina etdiyini və hüquqlarının özünün qoruyacağını, bunun onun maddi vəziyyəti ilə bağlı olmadığını bildirir və bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə sözü verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Газыйв Фуад Даттайевич: Möhtərəm hakim, Пянащов Теймур Мящяммяд oğlu xx.xx.2021-ci il tarixdə saat 10 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində aqressivlik nümayiş etdirib yüksək səslə təhqiredici ifadələr işlətməklə açıqça cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı və vətəndaşın dincliyini pozaraq xırda xuliqanlıq hərəkətləri törətmiş, habelə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən Пянащов Теймур Мящяммяд oğlunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirəm. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs s/c: -Bəli, Tərtib etdiyim protokolu müdafiə edirəm. Əlavə suallar olmadı. Hakim barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə sözü verir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə Пянащов Теймур Мящяммяд oğlu: Möhtərəm hakim, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində içkili olduğu üçün təhqiredici ifadələrdən istifadə etmişəm. Həmin vaxt mən, təhqiredici ifadələri polis əməkdaşlarına ünvanlamışam, həmin polis əməkdaşları ilə aramızda mübahisə yaranmış və mən i bölməyə dəvət etmişlər. Əməlimdən peşmanam. Sədrlik edən inzibati xəta törədən şəxs s/c: -özümü təqsirli bilirəm. -bəli, əməlimdən peşmanam. Əlavə suallar olmadı. Hakim inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. SƏDRLİK EDƏN: KATİBİ:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar