Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2885/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş X2 iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X16 Məhəllədə qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-117/2023 saylı, 20 aprel 2023-cü il tarixli və Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-84/2023 saylı, 08 may 2023-cü il tarixli icra vərəqələrini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-117/2023 saylı, 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən X2 övladı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə hər həftənin şənbə-bazar günləri saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması maneçilik törətməsi Şəxs qadağan edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-84/2023 saylı, 08 may 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment və xx.xx.2011-ci il təvəllüdlü X12 3 yaşına çatanadək hər ay 50 manat məbləğində müvəqqəti aliment tutularaq zərərçəkmiş X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X10 göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-117/2023 saylı, 20 aprel 2023-cü il tarixli icra sənədinə əsasən X2 övladı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə hər həftənin şənbəbazar günləri saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması maneçilik törətməsi Şəxs qadağan edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-16(008)-84/2023 saylı, 08 may 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment və xx.xx.2011-ci il təvəllüdlü X12 3 yaşına çatanadək hər ay 50 manat məbləğində müvəqqəti aliment tutularaq zərərçəkmiş X2 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Borclu icra sənədləri üzrə tələbləri bu günə qədər icra etməmiş, icra etməkdən yayınır. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra vərəqələrinin icrasından yayınmır. İcra vərəqəsini və könüllü icra bildirişini 29 may 2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə almışdır. Aliment borcundan 200 manat ödəniş edə bilər. Məhkəmə iclasında iştirak edən müdafiəçi X1 Oruc Məmməd oğlunun borcu ödəməkdən imtina etməməsini nəzərə alınmasını və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 izahatında göstərmişdir ki, borclu icra sənədləri üzrə tələbləri icra etməkdən müxtəlif bəhanələrlə yayınır. Qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş tələbin könüllü icrası haqqında bildirişdən və icraata başlamaq haqqında qərardan görünür ki, borclu qərar və bildirişi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə təhvil almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2885/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2885/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver