Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2908/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 153A-da qeydiyyatda olan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 300 000 ABŞ dolları borcunun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, xx.xx.2022-cu il tarixli icra vərəqəsinə əsasən yığılmış 300 000 ABŞ dolları borcun ödənilməsindən yayınır. Bundan başqa Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Eyni zamanda icra vərəqəsi Şəxs təqaüdünə yönləndirilmiş və tutulmalıdır aparılmışdır. Lakin aparılmış tutulmamalarla 300 000 ABŞ dolları borcun ödənilməsi mümkün deyildir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, xx.xx.2022-cu il tarixli icra vərəqəsinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmənin qərarı ilə ondan tutulmalı olan məbləğ həqiqəti əks etdirmir. Bununla əlaqədar hesab edir ki, onun tələbkar şəxsə icra vərəqəsində göstərilən məbləğdə borcu yoxdur.Qeyd olunan məhkəmə saxta sənədlər əsasında qəbul edilmişdir. Özü İİ-ci qrup əlildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etməkdən imtina etmir. Şəxs əlavə gəlir mənbəyi olmadığıdan onun halhazırda icra vərəqəsində qeyd edilən məbləği birdəfəlik ödəməyə imkan yoxdur. Şəxs adına hər hansısa əmlakın və əlavə gəlirin olmamasına baxmayaraq onun yeganə gəlir mənbəyi olan pensiyasından mütəmadi olaraq tutulmalar aparılmışdır. Həmçinin Şəxs adına hər hansısa əmlak mövcud deyildir. Göstərilənlərə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılması zamanı məhkəmə zalında olan X3 nümayəndəsi X4 tələbkarın müəyyən işlərlə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini və onun şikayətçi olduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 300 000 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb X5 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Şəxs icra vərəqəsi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənədin surətindən görünür ki, Şəxs ikinci dərəcəli əlildir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, Şəxs aldığı pensiyadan 163.61 manat pul vəsaiti tutulmuşdur. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, Şəxs aldığı pensiyadan 163.61 manat pul vəsaiti tutulmuşdur. İş materiallarında olan 04 fevral 2024-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, Şəxs aldığı pensiyadan 110 manat pul vəsaiti tutulmuşdur. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, Şəxs aldığı pensiyadan 181.94 manat pul vəsaiti tutulmuşdur. İş materiallarında olan 28 mart 2024-cü il tarixli inkasso sərəncamının surətindən görünür ki, Şəxs aldığı pensiyadan 181.94 manat pul vəsaiti tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına dair icra vərəqəsinin verilməsindən 01 ildən artıq müddət keçmiş, lakin məhkəmə qətnaməsi icra olunmamış qalmışdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasına haqq qazandıran hal ola bilməz. Borclu icra sənədində ondan tutulmalı olan məbləğ həqiqəti əks etdirməməsi, onun tələbkar şəxsə icra vərəqəsində göstərilən məbləğdə borcu olmaması və qeyd olunan məhkəmə qətnaməsinin saxta sənədlər əsasında qəbul edilməsini bildirməsi icra sənədinin icrasında qərəzli yayınma kimi qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi icra sənədi verildiyi müddətdə borclu onu dərhal icra etməsi mümkün olmasa da, sonradan da icra sənədini könüllü icra etməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən qəsdən yayınır. Bu hal isə işin faktiki hallarından aslı olaraq əvvəl inzibati sonra isə cinayət məsuliyyətinə səbəb olan haldır. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 saylı, 20 iyun 2020-ci il tarixli icra vərəqəsini icra etmək öhdəliyi daşımasına baxmayaraq, icra vərəqini qərəzli şəkildə icra etməkdən boyun qaçırmışdır. İcra sənədinin üzürlü səbəblərdən icra edilməməsinə dair iş materiallarında sübutlar olmamasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsiz yanaşaraq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da, inzibati tənbehin məqsədinə nail olmaq, inzibati tənbeh, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alması istisna olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və onun vəkili dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən - icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İİ-ci qrup əlil olması barəsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs İİ-ci qrup əlil olduğunu və şəxsiyyətini nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2908/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2908/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver