Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2917/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X12 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 142 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 08 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının qanuni tələbini pozaraq 13-cü Polis Şöbəsinin növbətçi hissənin iş rejimini kobud şəkildə pozub tabesizlik göstərmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 08 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, 13-cü Polis Şöbəsinin əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, 13-cü Polis Şöbəsinin əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədərək, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının qanuni tələbini pozaraq 13-cü Polis Şöbəsinin növbətçi hissənin iş rejimini kobud şəkildə pozub tabesizlik göstərdiyini bildirmişdir. Buna görə də barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, saat 09:00 radələrində Y.Əliyev küçəsində etibarnamə vasitəsilə idarə etdiyi “Toyota Prado minik” markalı **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşları ona duman işıqlarının qeyri-qanuni şəkildə quraşdırıldığını və avtomobilin duracağa təmin olunmalı olduğunu bildirmişdirlər. O isə duman işıqlarında heç bir pozuntu olmadığını bildirsə də, ona avtomobilin duracağa getməli olduğu bildirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əgər hər hansı bir pozuntu varsa bu pozuntunu yerindəcə ardan qaldıra bilər. YPX əməkdaşı isə onun avtomobilinə əyləşərək avtomobili duracağa tərəf sürməsini bildirmişdir. O avtomobili duracağa tərəf sürərkən DİN-nin 102 xidmətinə zəng etmək istədikdə əməkdaş kobud şəkildə davranmışdır. Maşını kənarda saxlamış və PPX əməkdaşlarını gözləmişdir. Atasına bununla bağlı zəng etmiş və nə edəcəyini soruşmuşdur. Atası isə yaxınlıqda olduğunu və oraya gələcəyini bildirmişdir. Atası vəziyyəti soruşduqda isə ona qarşı kobud şəkildə cavab vermişdirlər. O isə vətəndaşlara qarşı polislərin qeyri-etik danışıqlarını öz mobil cihazı ilə səslərini yazdıqda ona qarşı zorakılıq tətbiq etmişdirlər. Bölmədə isə onu xeyli təhqir etmişdirlər. Lakin o heç bir fiziki zorakılıq tətbiq etməmişdir. Tutma protokolu ilə o tanış olmamışdır. Onu tutub saxlamışdırlar. Polis Şöbəsinə dəvət olunduğu zaman etiraz etməyərək şöbəyə gəlmiş, heç kimə qarşı nalayiq ifadələr işlətməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, polis əməkdaşları avtomobilin duracağa təmin edilməsini bildirdiklərində, o bildirmişdir ki, qanuna əsasən əgər yerindəcə aradan qaldırıla bilirsə protokol tərtib edilməli və cərimə tətbiq edilməldir. Lakin heç bir protokol tərtib edilməmişdir. Onun bölmədə nalayiq ifadələr işlətməsini əks etdirən videogörüntülərin məhkəməyə təqdim edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində X9 izahat verərək bildirmişdir ki, 09:00 radələrində YPX əməkdaşları duman işıqlarının qeyri-qanuni şəkildə quraşdırıldığına görə oğlunu saxlamış və maşının duaracağa təmin edilməsini bildirmişdirlər. Oğlu onunla əlaqə saxlamış o da hadisə yerinə getmişdir. Hadisə barədə məlumat əldə etmək istədikdə polis əməkdaşları ona qarşı kobud şəkildə cavablar verərək, onları məcburi şəkildə maşına əyləşdirərək 13-cü Polis Şöbəsinə gətirmişdirlər. Oğluna qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq edilmişdir. Şəxs heç bir polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş və polis qanuni tələbinə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru X4 izahat verərək bildirmişdir ki, sürücünu qayda pozuntusu ilə bağlı saxlayıb ona yaxınlaşaraq həmin işıqları avtomaşına quraşdırmaq olmaz. Olduğu yerdə həmin pozuntunu aradan qaldırmaq mümkün olmadığından avtomaşının duracağa təmin edilməsini bildirmişdirlər. Polis əməkdaşlarına qarşı kobud davranmışdır. Polisin qanuni tələbinə tabe olmadığından PPX köməyə çağırılmışdır. Vətəndaş tabe olmayacağını bildirmişdir. Onun yanındakı inpektora qarşı kobudçuluq etmişdir. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü manqa komandiri X3 izahat verərək bildirmişdir ki, vətəndaş polsin qanuni tələblərinə tabe olmadığından yaxınlaşıb özümüzü təqdim edib, vətəndaşı sakitçiliyə dəvət edərək avtomobilə əyləşməsini tələb etdikdə Polis Bölməsinə getmək istəmədiyini bildirmiş və polis əməkdaşına qarşı təpik vurmuşdur. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş və nalayiq ifadə işlətməmişdir. Buna baxmayaraq onu və atasını fiziki güc tətbiq edərək avtomaşına əyləşdirmişdirlər. Verilmiş suallara cavab olaraq X9 bildirmişdir ki, o polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərmədiyi halda fiziki güc tətbiq edərək onu avtomaşına əyləşdirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 08 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının qanuni tələbini pozaraq 13-cü Polis Şöbəsinin növbətçi hissənin iş rejimini kobud şəkildə pozub tabesizlik göstərmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 08 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, 13-cü Polis Şöbəsinin əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir; Sabunçu RPİ-nin Dövlət yol polisi şöbəsinin inspektoru b/serjant M.Hüseynli və N. Hümbətov 08 may 2025-ci il tarixli raportdan görünür ki, Nazim İsmayılov küçəsində xidmətdə olarkən **-RR-*** dövlət qeydiyyat nişanlı Toyota markalı nəqliyyat vasitəsinə stop işıqları düzgün işləmədiyi üçün saxla işarəsi verildi. Yaxınlaşıb özlərini təqdim etdikdən sonra saxlama səbəbini izah etmiş və maşının duaracağ təmin olunacağını bildirmişdirlər. Sürücü Şəxs tabesizlik gösdərərək onların qanuni tələblərinə tabe olmayaraq polisin maşının duracağa təmin edilməsi tələbinə tabe olmamış, maşından düşmüş, onu qanuni tələblərə tabe olmağa dəvət etsələr də, lakin o polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra atası X8 başqa nəqlyyat vasitəsi ilə ora yaxınlaşaraq maşından düşərək onlara qanunsuz işlərlə məşğul olduqlarını bildirmiş və videoya çəkməyə başlamışdır. Onlar PPX-ni ora dəvət etdilər, həmin şəxslər PPX-nə tabesizlik və müqavimət göstərməyə başlamışdırlar. Həmin şəxsləri 13-cü Polis Şöbəsinə təmin etdmişdirlər. 08 may 2025-ci il tarixli raportdan görünür ki, 08 may 2025-ci il tarixində saat 09:15 radələrində B.Bünyadov küçəsində xidmətdə olarkən 160 çağırışlı YPX-ə kömək lazım olduğu üçün onlara məlumat verilmiş və onlar dərhal deyilən kordinata yaxınlaşıb YPXnə tabesizlik göstərən vətəndaşlara yaxınlaşıb özlərini təqdim edib, onlara YPX-nin qanuni tələblərinə tabe olmağı bildirdilər. Onlar əməkdaşların qanuni tələbinə dəfələrlə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdilər. X11 yaxınlaşmaları bildirildi. Polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsində işlədiyini bildirib, nalayiq küçə söyüşləri söyüb, hədə-qorxu gəlmişdir və onların telefon vasitəsilə video qeydiyyatını aparmışdır. Ona çəkilişə icazə olmadığını bildirdikdə məhkəmə işçisi olduğunu və video qeydiyyat aparacağını bildirdi. Həmin vətəndaşları avtopatrula əyləşmələrini tələb etdikdə, onlar əməkdaşlara tabesizlik göstərmişdirlər. Onlar həmin vətəndaşları avtopatrula mindirdikdə onalara təpik atıb, maşına minməkdən imtina etmişdirlər. Onlar həmin vətəndaşları məcbur avtopatrula əyləşdirib 13-cü Polis Şöbəsinə təmin etmişdirlər. Bu zaman məlum omuşdur ki, həmin şəxslər sürücü Şəxs, atası Ədliyyə məmuru X5r. Bakı şəhəi Sabunçu RPİ-nin 13-cü PŞ-nin məsul növbətçisi polis mayoru Məmmədəli Bədəlov tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə məsul növbətçi olaraq xidmətdə olduğu zaman Sabunçu RPİ-nin PPXB-nün və YPX-nin əməkdaşlarının raportları əsasında 13-cü PŞ-nə gətirilən xx.xx.2003-cü il təvəllüdlü Şəxs Eidəniz oğlu şöbədə olduğu müddət ərzində, növbətçi hissənin iş rejimini pozaraq səs-küy salmış, əməliyyat qrupunun rəhbəri polis mayoru Eldar Məmmədova qarşı əl-qol hərəkətləri edərək münaqişə yaratmış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək hədə-qorxu gəlmiş ona dəfələrlə 13cü PŞ-nin əməkdaşları tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq öz əməllərinə davam etmişdir; İnzibati qaydada tutma haqqında 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 08 may 2025-ci il tarixdə saat 09:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi halı obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, 13-cü Polis Şöbəsinin əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədərək, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Y.Əliyev küçəsinin kəsişməsində YPX və PPX-nin əməkdaşlarının qanuni tələbini pozaraq 13-cü Polis Şöbəsinin növbətçi hissənin iş rejimini kobud şəkildə pozub tabesizlik göstərilmişdir. Lakin, məhkəmə polis bölməsində baş vermiş hadisə ilə bağlı videogörüntülərin təqdim edilməsini təklif etsə də, bununla bağlı görüntünün təqdim edilə bilinməyəcəyi bildirilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs izahatında göstərmişdir ki, saat 09:00 radələrində Y.Əliyev küçəsində etibarnamə vasitəsilə idarə etdiyi “Toyota Prado minik” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşları ona duman işıqlarının qeyri-qanuni şəkildə quraşdırıldığını və avtomobilin duracağa təmin olunmalı olduğunu bildirmişdirlər. O isə duman işıqlarında heç bir pozuntu olmadığını bildirsə də, ona avtomobilin duracağa getməli olduğu bildirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əgər hər hansı bir pozuntu varsa bu pozuntunu yerindəcə ardan qaldıra bilər. YPX əməkdaşı isə onun avtomobilinə əyləşərək avtomobili duracağa tərəf sürməsini bildirmişdir. O avtomobili duracağa tərəf sürərkən DİN-nin 102 xidmətinə zəng etmək istədikdə əməkdaş kobud şəkildə davranmışdır. Maşını kənarda saxlamış və PPX əməkdaşlarını gözləmişdir. Atasına bununla bağlı zəng etmiş və nə edəcəyini soruşmuşdur. Atası isə yaxınlıqda olduğunu və oraya gələcəyini bildirmişdir. Atası vəziyyəti soruşduqda isə ona qarşı kobud şəkildə cavab vermişdirlər. O isə vətəndaşlara qarşı polislərin qeyri-etik danışıqlarını öz mobil cihazı ilə səslərini yazdıqda ona qarşı zorakılıq tətbiq etmişdirlər. Bölmədə isə onu xeyli təhqir etmişdirlər. Lakin o heç bir fiziki zorakılıq tətbiq etməmişdir. Tutma protokolu ilə o tanış olmamışdır. Onu tutub saxlamışdırlar. Polis Şöbəsinə dəvət olunduğu zaman etiraz etməyərək şöbəyə gəlmiş, heç kimə qarşı nalayiq ifadələr işlətməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Lakin iş materiallarında Şəxs hansı qanuni tələbinə tabe olmaması öz əksini tapmamış, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də bu hal müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2917/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2917/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver