Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2933/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs X1 nümayəndəsi X3 iştirakı ilə, Şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs İKFbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 may 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs İKF ******* Rusiya rublu məbləğində vəsaiti 28 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X1 nümayəndəsi X5 bəyannaməni təqdim edərək məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən 28 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında məhsul pulun köçürülməsindən xx.xx.2025-ci il tarixdə ölkəyə gətirilmiş, Şəxs İKF tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bunla bağlı **********6542 saylı Gömrük Bəyannaməsini məhkəməyə təqdim etmişdir. İki aylıq gecikmənin səbəbini onunla izah etmişdir ki, malı göndərən şirkət Rusiya Federasiyasına məxsus olan şirkətdir və gecikmələrlə bağlı həmin sahibkara yazışmalar olmuş və həmin yazışmaları təqdim edir. Odur ki, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 02 aprel 2025-ci il tarixli, PB/BPŞ-OUT-00212-2025 nömrəli məktubdan görünür ki, hüquqi şəxs Şəxs İKF-nin qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 02 may 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs İKF ******* Rusiya rublu məbləğində vəsaiti 28 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan **********6542 nömrəli gömrük bəyannaməsindən görünür ki, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Rusiya Federasiyasında olan malı göndərməli olan fərdi sahibkarın Şəxs İKF-na ünvanlanmış 25 fevral 2025-ci il və 10 mart 2025-ci il tarixli məktublarından görünür ki, Rusiya Federasiyasında mövcud iqtisadi vəziyyət və çənin vakum sisteminin təmir olunması, təmir olunduqdan sonra qara metal rezervuarların bir neçə bölgədən keçmək üçün vaxt tələb edilməsi nəzərə alınsın. 2025-ci ilin iyun ayının ortalarına kimi malları göndərə biləcəklər, gecikməyə görə üzr istənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs İKF barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs İKF-nin hesabından ******* Rusiya rublu məbləğində vəsaiti 28 mart 2023-cü il tarixdə ödəniş edilmiş və həmin vəsait hesabına alınmış məhsullar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Belə ki, **********6542 nömrəli gömrük bəyannaməsindən görünür ki, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Rusiya Federasiyasında olan malı göndərməli olan fərdi sahibkarın Şəxs İKF-na ünvanlanmış 25 fevral 2025-ci il və 10 mart 2025-ci il tarixli məktublarından görünür ki, Rusiya Federasiyasında mövcud iqtisadi vəziyyət və çənin vakum sisteminin təmir olunması, təmir olunduqdan sonra qara metal rezervuarların bir neçə bölgədən keçmək üçün vaxt tələb edilməsi nəzərə alınsın. 2025-ci ilin iyun ayının ortalarına kimi malları göndərə biləcəklər, gecikməyə görə üzr istənilmişdir. Göründüyü kimi invoys üzrə mayelər üçün qara metallardan rezervuarlar eyni ilə müqavilədə göstərilən kimi ölkəyə idxal edilmişdir. Məhkəmə malın iki ay gecikmə ilə ölkə ərazisinə daxil olmasına münasibətdə qeyd edir ki, təqdim edilmiş Şəxs İKF-na məktuba cavabdan görünür ki, mallar Şəxs İKF təqsiri olmadan, malı göndərməli olan şirkət tərəfindən üzürlü səbəblərdən gecikdirilmiş və bununla bağlı Şəxs İKF məlumat verilmişdir. Göstərilən hal nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs İKF ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasında daxil olmasını, müvafiq gömrük bəyannaməsini banka təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs İKF barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İKF barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2933/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2933/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver