Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2979/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 499.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nın Azərbaycan Respublikasının İXM-in 499.1.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 16 may 2023-cü il tarixli, 00100- 01225/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********0557 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilərək Gürcüstan Respublikasına göndərildiyi, şirkət tərəfindən müxtəlif vaxtlarda Bakı Baş Gömrük İdarəsinə müraciət edilərək **********557 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac edilərək göndərilən yüklərin müvəqqəti ixrac müddətinin uzadılmasının təmin edildiyi (son tarix xx.xx.2022-ci il), sözügedən bəyannamə əsasında müvəqqəti ixrac edilən malların müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq həmin müddət ərzində "xxxx" MMC tərəfindən müvəqqəti ixrac edilən malların geriyə qaytarılmadığı və ya digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən **********557 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə müəvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixində bitmiş, bitdikdən 190 gün sonra "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********3576 və **********3607 sorğu nömrəli gömrük bəyannamələri ilə təkrar idxal gömrük prosedurunda yerləşdirilmişdir. **********3576 və **********3607 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrində qeyd edilən yüklərin ümumi invoys dəyəri 107145 ABŞ Dolları (gömrük dəyəri 182147 AZN) müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs "xxxx" MMC-yə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, gömrük bəyannaməsi, "xxxx" MMC-nin inzibati xəta haqqında protokoldakı izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə-üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edilən hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən hüquqi şəxs "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən hüquqi "xxxx" MMC-nin həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.4cü maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinərək 21,429 abş dolları məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-2979/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2979/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver