Məhkəmə qərarları › İş №3(008)-2987/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2987/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2987/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, X1nun iştirakı ilə, X1nun Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon DYPŞ polis mayoru X5 tərəfindən qəbul edilmiş TP7200760 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən, AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, mən xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində idarə etdiyim Mitsubishi Pajero-İO minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Kürdəxanı qəsəbəsində yaşayış yerimə yaxın olan küçədə sola - yaşayış məntəqəsinə dönən zaman polis əməkdaşı onu saxlayaraq inzibati xəta törətdiyini bildirmişdir. O, onunla razılaşmamışdır. Barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən isə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır“ yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin o, qeyd etdiyi yerdən yaşayış yerimə dönmüşdür və həmin yerdə 1.11 nişanlanma xətti mövcuddur, həmin nişanlanma xətti həmişə mövcud olmuşdur, 2023-cü ilin mart ayına qədər qoşa xətlər yenilənənə kimi 1.11 nişanlanma xətti öz əksini tapmışdır. Nişanlanma xətləri yeniləndikdən sonra isə qəsəbə sakinlərinin şikayətindən sonra yenidən 1.11 nişanlanma xətti çəkilmiş və onlara bununla bağlı rəsmi cavab məktubu da verilmişdir. Qeyd etdiyi yerdə sola dönmə yol nişanı da mövcuddur. Polis əməkdaşı hər hansı bir araşdırılma aparmadan onun barəsində əsassız protokol, onun əsasında isə qərar çıxarılmışdır. Göstərilənlərə əsasən Sabunçu Rayon DYPŞ polis mayoru X5 tərəfindən qəbul edilmiş TP7200760 saylı, xx.xx.2025-ci il tarixli qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci ildə ünvan 1 ünvanında 99MH853 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına yol verdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddəsi ilə məsuliyyətə cəlb olunaraq barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vətəndaşlara ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolunda (Kürdəxanı qəbirstanlığı və Araz marketin yanı) 1.1 nişanlanma xəttinin 1.11 nişanlanma xətti ilə əvəz olunması ilə bağlı 12 mart 2024-cü il tarixli kollektiv müraciətinizə aidiyyatı üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Məlumat üçün qeyd edilir ki, AYNA tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə sərnişin daşımanın təkmilləşdirilməsi, sərnişinlərin və piyadaların rahatlığının, təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Görülən işlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində nasaz olan sahə avadanlıqlarının təmir-bərpası, çatışmayan yol nişanlarının quraşdırılması, silinmiş xətlərin bərpa edilməsi, zədələnmiş yol nişanlarının təmiri mərhələli şəkildə aparılır. Bildirilir ki, əməkdaşlar tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və 1.1 nişanlanma xəttinin 1.11 nişanlanma xətti ilə əvəz olunması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, hadisə baş verən yolda avtomobillərin sola dönməsinə icazə verən nişan və 1.11 üfüqi nişanlanma xətti vardır. Belə olan halda şəxsin əməlində ona istinad edilən inzibati xətanın törədilməsi istisna olunur. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunun əksini təsdiq edən sübut məhkəməyə təqdm edilməmişdir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X2 barəsində Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar