Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2993/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şuşa rayon 9 nömrəli tam orta məktəbdə müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi fərdi tikili evdə yaşayan Şəxs Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 05 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şəhər şosesi ilə üzü şəhər istiqamətində hərəkət edərkən Balaxanı qəsəbəsinə sağa dönərkən, soldan sağa dönərkən, soldan sağa sırayerdəyişməsi edərkən, manevr qaydasını pozub və sağında düzünə hərəkət edən “MERCEDES B” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər yetirilmiş və avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Toyota Pirus” markalı ** DF *** d.q.n avtomobili etibarnamə əsasında BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2025ci il tarixdə saat təqribən 22:55 radələrində qeyd etdiyi avtomobil ilə Sabunçu rayonu, Şəhər şosesi ilə üzü şəhər istiqamətində iki istiqamətli 3 zolaqlı yolun ikinci zolağı ilə saatda 30-40 km sürətlə hərəkət edib avtomobilin hərəkət sürətini azaldıb işıqforun qırmızı işığında dayanmışdır. Bir qədər sonra işıqforun sağa dönmə işığının yaşıl yandığını gördükdən sonra sağa Balaxanı qəsəbəsi istiqamətində dönmək üçün sağ dönmə işığını yandırıb yavaş sürətlə hərəkət edib dönmə əməliyyatı edərkən bu zaman sağ birinci zolaqla yəni avtobus zolağı ilə hərəkət edən sürətlə hərəkət edən “Mercedes Benz” markalı ** GN *** d.q.n. avtomobil qabaq hissəsi ilə onun avtomobilinin sağ arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra həmin avtomobildə olan iki nəfər sərnişin qadını hadisədən qorxduqları və yüngül bədən xəsarəti aldqları üçün TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 rayonda yaşaması ilə məhkəmə iclasına gələ bilməmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasına dair məhkəməyə yazılı ərizə göndərmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında onlayn iştirakı təmin edilmiş, şəxsiyyət vəsiqəsi məlumatları ilə şəxsiyyəti eyniləşdirilmişdir. O, Bakı şəhərindən kənarda olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirərək məhkəməyə təqdim olunan ərizənin həqiqətən onun tərəfindən yazıldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyan məbləğinin tam ödənildiyini və ondan heç bir tələb və ya şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 rayonda yaşaması ilə məhkəmə iclasına gələ bilməmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasına dair məhkəməyə yazılı ərizə göndərmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında onlayn iştirakı təmin edilmiş, şəxsiyyət vəsiqəsi məlumatları ilə şəxsiyyəti eyniləşdirilmişdir. O, Bakı şəhərindən kənarda olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirərək məhkəməyə təqdim olunan ərizənin həqiqətən onun tərəfindən yazıldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyan məbləğinin tam ödənildiyini və ondan heç bir tələb və ya şikayəti olmadığını bildirmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 568 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 döş qəfəsinin qançırı ilə müşayiət olunan yumşaq toxumalarının əziyi müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 569 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bel-oma nahiyəsinin qançırı ilə müşayiət olunan əzələ-bağ aparatının gərilməsi müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Məsimovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 05 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin on qarşı heç bir şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-2993/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2993/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver