Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2996/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şəxs direktoru Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 mart 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs 01 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ötən məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin etibarnamə direktoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək həm vətəndaş Zərərçəkmiş şəxs yazılı izahatı, həm onun tərəfindən təqdim edilmiş “Whatsapp” yazışmaları, həm də iş materiallarında olan əmək müaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə həmin bildirişin 18 dekabr 2023-cü il tarixdə sistemə daxil edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs 01 dekabr 2023-cü il tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin öz təsdiqini tapdığını qeyd edərək MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxsn 01 dekabr 2023-cü il tarixdə əmək fəaliyyətinə başladığını, 01 ay, yəni 31 dekabr 2023-cü il tarixədək MMC-də işləməsinə baxmayaraq bu günkü günədək əmək haqqının ona ödənilmədiyini, onun səlahiyyətli orqana şikayət etməsinin səbəbinin də məhz əmək haqqının ona ödənilməməsi ilə bağlı olduğunu, lakin araşdırma zamanı Əmək Müfəttişliyi tərəfindən onun əmək müqaviləsi bildirişi qüvvəyə minmədən işlərə cəlb edilməsinin müəyyən edildiyini və bu əsasla MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Şəxs MMC-də 01 dekabr 2023-c üil tarixdən əmək fəaliyyətinə başladığını və işlərin yerinə yetirilməsinə cəlb edilməsini inkar etmir. Belə ki, o, Zərərçəkmiş şəxs ilə bağladığı əmək müqaviləsini sistemə gec daxil etsə də, onunla 01 dekabr 2023-cü il tarixdə rəsmi qaydada əmək müqaviləsi bağlamış və 18 dekabr 2023-cü il tarixdə həmin əmək müqaviləsini sistemə daxil edərkən o, bu halı gizlətməmiş və həmin bildirişdə də Zərərçəkmiş şəxs işə başlama tarixinin 01 dekabr 2023-cü il olmasını göstərmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs ilə rəsmi əmək müqaviləsini 01 dekabr 2023cü il tarixdə bağladığından MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 11 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs 01 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Əmək müqaviləsinin bğlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, həmin bildirişdə Zərərçəkmiş şəxs işə başlama tarixinin 01 dekabr 2023-cü il olaraq göstərilməsinə baxmayaraq həmin bildiriş 18 dekabr 2023-cü il tarixdə imzalanmaqla sistemə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 30 dekabr 2023-cü il tarixli, 03/23 saylı əmrdən görünür ki, Şəxsndə “Müştəri təmsilçisi” işləyən Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə işçinin işlədiyi müddət 01 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək olan müddət olaraq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yuxarıda qeyd olunan iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru Nümayəndə Zərərçəkmiş şəxs Şəxs MMC-də 01 dekabr 2023-c üil tarixdən əmək fəaliyyətinə başladığını və işlərin yerinə yetirilməsinə cəlb edilməsini inkar etmədiyini, Zərərçəkmiş şəxs ilə bağladığı əmək müqaviləsini sistemə gec daxil etsə də, onunla 01 dekabr 2023-cü il tarixdə rəsmi qaydada əmək müqaviləsi bağladığını və 18 dekabr 2023-cü il tarixdə həmin əmək müqaviləsini sistemə daxil edərkən o, bu halı gizlətmədiyini və həmin bildirişdə də Zərərçəkmiş şəxs işə başlama tarixinin 01 dekabr 2023-cü il olmasını göstərdiyini, Zərərçəkmiş şəxs ilə rəsmi əmək müqaviləsini 01 dekabr 2023-cü il tarixdə bağladığından MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə onun həmin dəlillərinə münasibətdə qeyd edir ki, hər hansı şəxslə bağlanmış əmək müqaviləsi yalnız əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək münasibətlərinin yaranmasına səbəb olduğundan, AR İXM-nin 192.1-ci maddəsinin tərkibinin yaranması üçün əsas şərtin isə məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olduğundan işçilərin işə cəlb edildiyi zaman əmək müqaviləsinin qeydiyyata alınmadığı və bununla da hələ tərəflər arasında əmək münasibətlərinin yaranmadığı halda həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli hesab olunur və sonradan həmin müqavilənin qeydiyyata alınması MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanunverici əmək müqaviləsinin bağlanmasını özü-özlüyündə həmin müqaviləni bağlanmış tərəflər əmək münasibətlərinin yaranması və həmin şəxsin işə cəlb edilməsi üçün kifayət hesab etməməklə mütləq qaydada həmin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirmiş və yalnız bundan sonra həmin şəxsin işçi statusuna malik olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsini mümkün hesab etmişdir. Hazırki halda isə işçi Zərərçəkmiş şəxs əmək müqaviləsi bildirişinin qeydiyyata alınmadan Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsi işin mübahisəsiz halıdır ki, belə olan halda sadəcə əmək müqaviləsinin 01 dekabr 2023-cü il tarixdə bağlanmasına istinad edərək MMC-nin məsuliyyətdən kənarda qalması mümkünsüzdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və tərəflərin izahatları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2996/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2996/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver