Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-300/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində 07:30 saatlarında aeroport şossesində ona məxsus olan “KİA CERATO” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən qəza nəticəsində Bakı şəhər X11 İdarəsinin müşayiət ekskort bölüyü YPX baş inspektoru X3 TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2024-cü ildə şikayət ərizəsi ilə qərarından narazı olaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəmsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində keçirilən 2-ci məhkəmə prosesində video görüntüyə baxan hakim Elnurə Rəcəbova verdiyi qərarla onun günahsız olduğunu bildirmiş və yenidən baxılması üçün və ədalətli qərar verilməsinə görə işi DYPİ-nə təkrar göndərilmişdir. Məhkəmənin qərarına etiraz olaraq DYPİ işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. xx.xx.2024cü ildə keçirilən məhkəmə prosesində hakim Zamin İbrahimovun işə ədalətli baxaraq onun həqiqətən günahsız olduğunu bildirib və yenidən işi DYPİ-nə yenidən ədalətli şəkildə baxılması üçün göndərmişdir. Lakin Bakı şəhər DYPİ-nin inspektrou Cəlilov Nicat heç bir əlavə araşdırma aparmadan yeni sübutlar cəlb etmədən təkrarən eyni məzmunlu qərar qəbul edərək onu təqsirli hesab etmişdir. Bununla da, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində verilmiş qərardakı mövqeyi nəzərə alınmamış həm Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına həm də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına hörmətsizlik edərək oun barəsində TP6974227 saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar çıxartmışdır. Bu isə İXMnin 134.1.4-cü və 135.1.1-ci maddələrinin tələblərinin habelə işlərə obyektiv və ədalətli baxılması prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq İXM-nin 134.1.3-cü maddəsini rəhbət tuturaq məhkəmədən onun barəsində verilən qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixində saat 07:30-da “KİA CERATO” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən manevr etmə qaydalarının pozulmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 xx.xx.2024-cü il tarixində saat 07:30-da “KİA CERATO” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X8 barəsində İXM-nin 327.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli protokol tərtib eilmişdir. Təqdim edilmiş video görüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verməsi müəyyən edilmiş, belə ki, X8 idarə etdiyi avtomobillə dönmə əməliyyatına başladıqdan sonra uzaq məsafədən surətli avtomobilin gələrək onunla toqquşması müəyyən edilir. xx.xx.2024-cü il tarixli 3(008)-6729/2024 saylı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarına əsasən X6 şikayəti qismən təmin edilərək Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin, Bakı şəhər X11 İdarəsi tərəfindən heç bir araşdırılma aparılmadan, hər hansı yeni sübuta istinad edilmədən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar qəbul edilərək yenidən X8 barəsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən verilmiş şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-300/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-300/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver