Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3008/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının ləğv olunması barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X17 və Dış Ticaret Limited Şirkəti»in Azərbaycan Respublikasındakı filialının direktoru barəsində qəbul olunmuş 09 aprel 2024cü il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqlarını müdafiə etdiyi X3 barəsində 09 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərar əsasən «X17 və Dış Ticaret Limited Şirkəti»in işçisi X4 05 yanvar 2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə şirkət tərəfindən X10 Xidmətinə hadisə baş verən gün deyil, 27 fevral 2024-cü il tarixdə məlumat verilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 10-11 arasında Sənan Ehtiram oğlu şirkətin sahibliyində olan anbarda çalışarkən qəflətən yıxılmışdır. Hadisənin dərhal hadisə barədə rəhbərliyə məlumat vermiş və Sənan Abdullayevin «hər hansı bir narahatçılığım yoxdur» deməsinə baxmayaraq rəhbərlik tərəfindən əməkdaşlara müayinə və ilk tibbi yardım göstərilməsi tapşırığı verilmişdir. Rəhbərlik tərəfindən verilən tapşırığa əsasən hadisə yerinə Bakı şəhər Təcili və X7 Stansiyası X14 16 saylı bölməsinin təcili tibbi yardım əməkdaşları dəvət olunmuş və Sənan Abdullayevi müayinə üçün müvafiq tibb müəssisəsinə aparmışlar. Müayinə zamanı Sənan Abdullayev rentgen aparatı vasitəsi ilə yoxlanılmış və hər hansı xəsarətin olmaması müəyyən edilmişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta yoxdur. Məhkəmədən qəbul edilmiş qərarın ləğv olunmasının xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X13 göstərmişdir ki, protokol və qərar tərtib olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Müraciət əsasında bütün hallar aydınlaşdırılmışdır. Qəbul edilmiş qərar qanunidir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2024-cü il tarixli, MN №1612739 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1.200 manat məbləğində cərimə olunmuşdur. Məhkəməyə təqdim olunmuş rentgen arayışından görünür ki, Sənan Abdullayevin sağ bilək oynağının iki proyeksiyalı rentgen şəklində destruktiv travmatik dəyişilik qeyd olunmadı. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının «Tibbi Ərazi Bölmələri X12 Hüquqi Şəxs» X16 X14 16 fevral 2024-cü il tarixli, 18-1-2/2-915/2024 saylı arayışdan görünür ki, X5 anbarda yıxılaraq xəsarət almış, xəstə KT müayinəsi olunmuş, ona «qapalı kəllə beyin travması, qarının küt travması» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş X5 tərəfindən tərtib olunmuş izahatdan görünür ki, o heç bir xəsarət almamış və həmin vaxt işə qayıtmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, şikayət verimiş şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş sübutlarla Azərbaycan Respublikasının «Tibbi Ərazi Bölmələri X12 Hüquqi Şəxs» X16 X14 16 fevral 2024-cü il tarixli, 18-1-2/2-915/2024 saylı arayışla müəyyən olunmuş diaqnozu üstü-üstə düşmür. Belə ki, şikayətiçi tərəfindən təqdim olunmuş rentgen arayışında, Sənan Abdullayevin sağ bilək oynağının iki proyeksiyalı rentgen şəklində destruktiv travmatik dəyişilik olmaması və Sənan Abdullayev izahatında heç bir xəsarətin almamasını göstərsədə, Azərbaycan Respublikasının «Tibbi Ərazi Bölmələri X12 Hüquqi Şəxs» X16 X14 16 fevral 2024-cü il tarixli, 18-1-2/2-915/2024 saylı arayışla müəyyən olunmuş diaqnoz bunları təkzib edir. Xidmət tərəfindən müraciət olunduqdan sonra tam olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının ləğv olunması barədə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının ləğv olunması barədə şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3008/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3008/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver