Məhkəmə qərarları › İş №3(008)-301/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-301/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-301/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İş № 3(008)-301/2023 QƏRARDAD 13 yanvar 2023-cü il Bakı şəhəri SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs 24 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsi nömrəsiz evdə yaranmış mübahisə zamanı X2 və X3 xəsarət yetirmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin inzibati protokolu və əlavə olunmuş materialları nəzərdən keçirilərkən bir sıra nöqsanların olması müəyyən olunmuşdur. Belə ki, Şəxs barəsində inzibati protokollar tərtib olunarkən zərərçəkmiç şəxslər yetkinlik yaşına çatmayan şəxslər olmasına baxmayaraq onları qanuni nümayəndəsi cəlb olunmamış və o protokolla tanış edilməmiş, hadisəyə münasibəti öyrənilməmiş, izahatı alınmamışdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər qeyd olunan natamamlığın aradan qaldırılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən Şəxs barəsində Azərbaycan Respublikası 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokol əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu RPİnin 15-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar