Məhkəmə qərarları › İş №3(008)-3036/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3036/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3036/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, dalan 1, 8 saylı evində şəxsi istifadəsində olan “Vinçestr” markalı, 12 kalibrli, 68582 nömrəli və “Веперь-1В” markalı, 366 çaplı, ПН-2245 nömrəli ov silahlarını kilidlənən seyfdə və ya dəmir şkaflarda saxlamamaqla mülki silahın saxlama qaydalarını pozmuşdur. Bununla əlaqədar Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 iyun 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, Şəxs Bakı şəhəri, sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, dalan 1, 8 saylı evində şəxsi istifadəsində olan ov silahlarını saxlanması qaydasını dəfələrlə pozduğu üçün, yəni dəmir şkafda saxlamadığı üçün onun barəsində xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ov silahlarını lazımi qaydada saxlamamışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ov silahının müsadirə edilməməsini və yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs şəxsi istifadəsində olan 2 (iki) ədəd ov silahını inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 təhvil vermişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, Şəxs şəxsi istifadəsində olan 2 (iki) ədəd ov silahını inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 təhvil vermişdir. Xidməti və mülki silahın saxlama Qaydalarının 3.6.3-cü bəndinə əsasən silahlar və döyüş sursatları etibarlı şəkildə kilidlənən seyflərdə və ya dəmir şkaflarda saxlanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə əvvlllər dəfələrlə inzibati məsuliyyət cəlb olunmasına baxmayaraq qanuna zidd hərəkətinin davam etdirməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – ov silahı və onun sursatı müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və şəxsi istifadəsində olan “Vinçestr” markalı, 12 kalibrli, 68582 nömrəli və “Веперь-1В” markalı, 366 çaplı, ПН-2245 nömrəli ov silahları müsadirə edilməklə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar