Məhkəmə qərarları › İş №3(008)-3055/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3055/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3055/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi Y/M ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 29 yanvar 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X3 qəsəbəsi, D.Bünyadzadə küçəsilə hərəkətdə olarkən, manevr qaydasını pozub, idarəetməni itirərək yolun sağına çıxıb, yolun sağ kənarında aptekin qarşısında dayanmış vəziyyətdə olan “HYUNDAİ SONATA” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və beton hissəyə çırpılmışdır. Nəticədə hər iki avtomobil zədələnmiş, “Zeytun 555” aptekə maddi zərər yetirilmiş və sonuncu avotomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2024-cü il tarixdə o etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat 23:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi ilə iki hərəkətli yolda 80 km/saat sürətlə hərəkətdə olduğu zaman anidən qarşısına maneə çıxdığından maneədən yayınmaq üçün hərəkət istiqamətini dəyişdiyindən bu zaman idarəetməni itirib yolda olan ilk olaraq beton hissəyə, daha sonra isə yolda dayanmış vəziyyətdə olan “Hyundai” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayanmışdır. Beton hissəyə dəydikdə həmin beton hissə yolun kənarında olan aptekin pəncərəsinə dəyib sındırmışdır. Hadisə zamanı onlardan kimsə xəsarət almasada dayanmış vəziyyətdə olan avtomobildə bir neçə nəfər özünü narhat hiss etdiyindən hadisə yerinə TTY avtomobili çağırmışdırlar. Hadisə baş verən zaman avtomobildə o, tanışı X2 və Qurbanov Mirzəbala olmuşdur. Onlardan kimsə xəsarət almamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Quliyev Elnur aptekdən dərman alamaq üçün idarə etdiyi “Hyundai Sonata” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanında yerləşən “Zeytun 355” aptekin qarşısında saxlayıb aptekə girmişdir. Bundan təqribən bir neçə dəqiqə sonra anidən avtomobilə güclü zərbə dəydiyinin şahidi olmuşlar. Hadisə zamanı avtomobildə olan iki azyaşlı qızları və həyat yoldaşının bacısı qızı X5 xəsarət almışlar. Onlar avtomobildən düşdükdən sonra halları pis olduğundan onları hadisə yerinə çağırılmış TTY avtomobili ilə X7 aparmışlar. Orada onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışlar. Hadisə yerində olan şəxslərdən kimsə hadisəni törədən sürücünün içkili olması sözlərini dediklərini eşitmişdir. Belə ki, sonradan onların xəstəxanada olduğunu gördükdə sürücünün yaxınları olduğunu bilmişlər. Şəxs barəsində məhkəməyə dəymiş ziyanın ödənilməsi üçün mülki iddia ərizəsi vermişdir, məhkəmənin icraatındadır, Şəxs cərimə olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli 3214 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin sol baldıra keçən dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti müayinə olunan şəxsin dediyi xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 13 yanvar 2025-ci «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 29 yanvar 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar