Məhkəmə qərarları › İş №3(008)-3075/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3075/2022

21.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3075/2022 21.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızının sədrliyi, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bəhruz Sadıqzadənin, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, 7 saylı Vəkili bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət. Şəxs 21.05.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə zamanı narkotik vasitədən MET (+) istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin sahə inspektoru Bəhruz Sadıqzadə tərəfindən MN № ******* saylı, 21 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bəhruz Sadıqzadə izahatında göstərmişdir ki, vətəndaş Şəxs bölmənin ərazisində özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Bölmədə o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinə zamanı sidiyindən narkotik vasitə aşkar olunmuşdur. Bu səbəbdən də, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokollar tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o narkotik vaistə istfadəçisi deyildir. Məhkəmə iclasında müdafiəçi X1 Elçin Natiq oğlunun barəsində tərib edilmiş protokolun əsassız olmasını qeyd edərək, inziabti işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 2002 saylı aktdan görünür ki, Şəxs sidiyində MET (+) narkotik vasitə aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 21.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddələri ilə inziabti işin icraatına xitam verilməlidir. Belə ki, Şəxs narkotik vasitədən istifadə etməsinə dair ekspert rəyi məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddədən görünüdyü kimi sübutlar siyahısına akt daxil edilməmiş, aktda MET (+) nə olduğunu, hansı narkotik vasitə və psixotrop maddəyə aid olması barədə heç bir məlumat verilməişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə halda məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialın icraatına xitam verilməli və məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar