Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3077/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş 06 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində idarə etdiyi “Toyota Prius” markalı maşınla yol hərəkəti qaydalarını pozmuş, həmin vaxt protokol tərtib olunarkən səs küy salmış, sakitçiliyə riayət etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığından Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Zabrat “Ayxan” market kimi tanınan ərazidə tıxacda qalmış və qarşısında yüngül yol qəzası maneə olduğu üçün 10 dəqiqəyə yaxın gözləmişdir. Maşında müştəri xəstə,narahat olduğu üçün maneəni ötüb keçərək yola davam etməsini ondan xahiş etmiş, ondan öncə DYP maneəni ötüb keçmiş, sonra o da maneəni ötmə əməliyyatı etdiyində ona saxla əmri verilmişdir. O da dərhal avtomaşını saxlamış, Polis əməkdaşı ona yaxınlaşaraq. kobud tərzdə ifadələr işlətmiş, o da polis əməkdaşından özünü təqdim etməsini soruşmuş, o da özünü təqdim etməkdən imtina etmişdir. Maşında əyləşən müştəri ilə də təhqiredici sözlər ilə danışmış, müştəri bildirmişdir ki, xəstədir və evinə getmək istəyir. DYP əməkdaşı müştəriyə demişdir ki, siz tabesizlik göstərirsiz və o da avtomobili idarə edən şəxs olaraq tabesizlik göstərmədiyini və qanun nə tələb edirsə ona razı olduğunu bildirmişdir. DYP əməkdaşı əks yola keçdiyi üçün 3 balla qiymətləndirilən 100 manat cərimə yazmış, çevik polis əməkdaşlarını çağırmışlar, polis əməkdaşları gələrkən tabesizlik etməmiş, polis bölməsinə getməyə razı olduğunu bildirmişdir. Çevik polis əməkdaşı polis bölməsində sinəsindən yumruq vurmuş, ona təhqiredici sözlər ilə müraciət etmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində idarə etdiyi “Toyota Prius” markalı maşınla yol hərəkəti qaydalarını pozmuş, həmin vaxt protokol tərtib olunarkən səs küy salmış, sakitçiliyə riayət etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixldə saat 21:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən Ayxan marketin qarşısında 99YP261 dövlt qeydiyyat nişanlı patrul avtomaşını ilə hadisə yerinə gedərkən Toyota Prius markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün xüsusi səs qırmızı və keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinə yol vermədiyi üçün, eləcə də yolun hərəkət hissəsinin əks istiqamətinə çıxdığına görə sürücü tərəflərindən saxlanılmış, sürücü Şəxs əks yol haqda hərəkət etməməsini və qəza şəraiti yaratdığını bildirdikdə, sürücü onlarla söz mübahisəsi etmiş, ünvansız xoşagəlməz sözlər işlətməyə başlamışdır. Onların qanuni tələblərinə tabe olmamışdır. Sürücüyə əks yola çıxdığı üçün 100 manat cərimə edilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin ərazidə xidmət aparan ƏÇPA-nın 8-ci patrul bölüyünün əməkdaşlarını dəvət edərək 15-ci polis bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş 06 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində idarə etdiyi “Toyota Prius” markalı maşınla yol hərəkəti qaydalarını pozmuş, həmin vaxt protokol tərtib olunarkən səs küy salmış, sakitçiliyə riayət etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 04 iyun 2023-cü il tarixdə saat 23:15-də tutulmuşdur. Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 21:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketin qarşısında ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə xidmətdə olub hadisə yerinə gələrkən Toyota Prius markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün xüsusi səs qırmızı və keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinə yol vermədiyi üçün, eləcə də yolun hərəkət hissəsinin əks istiqamətinə çıxdığına görə sürücü tərəflərindən saxlanılmış, bunula bağlı sürücü Şəxs əks yol haqda hərəkət etməməsini və qəza şəraitini yaratdığını bildirdikdə onlarla söz mübahisəsi etmiş, daha sonra isə səs küy salaraq ünvansız xoşagəlməz sözlər deməyə başlamış, ona dəfələrlə sakitçiliyə riayət etməyi, ictimai qaydaları pozmağı nəzərinə çatdırsalar da o qanuni tələblərinə qismən tabe olmamış və qərəzli mövqeyini davam etdirmişdir. Bu səbəbdən həmin şəxsi inzibati ərazidə xidmət aparan ƏÇPA-nın 8-ci patrul bölüyünün əməkdaşlarının köməkliyi ilə polis bölməsinə gətirmişlər. X5 Alayının 8-ci patrul bölüyünün polis nəfərləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində təxminən saat 21:50 radələrində 2488 Çağırışlı avtopatrulla inzibati ərazidə xidmətdə olarkən tezlik vasitəsi ilə 261 çağırışlı YPX əməkdaşları bizi köməyə çağırmış, onlar dərhal həmin yerə yaxınlaşıb bir nəfər sürücünün YPX ilə mübahisə etdiyini və YPX-nin qanuni tələblərini icra etmədiyinin şahidi olmuş, özlərini təqdim edərək həmin vətəndaşdan nəzakətli olmağı və qanuni tələblərə məhəl qoymağı xahiş və tələb etmişlər. Lakin vətəndaş intizamlı olmayaraq onların qanuni tələbinə məhəl qoymamış, həmin vətəndaşı 15-ci polis bölməsinə dəvət edərək gətirib növbətçi hissəyə təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, həmin vətəndaş Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasından bəhs etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından, şahid Qarayev Səid oğlunun iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında vermiş olduğu izahatlarından Şəxs heç bir tabesizlik etmədiyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X7 idarəsinin əməkdaşı Səid Qarayev hadisənin videogörüntüsü olduğunu bildirmiş, məhkəmə tərəfindən hadisənin video görüntüsünün təqdim olunması tələb olunsa da, bu barədə hər hansı görüntünü təqdim edə bilməyəcəyini bildirmişdir. Həmçinin, iş materiallarında olan raportu tərtib etmiş çevik polis əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3077/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3077/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver