Məhkəmə qərarları › İş №3(008)-308/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-308/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-308/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Sabunçu st X13 X1 baş inspektoru X5, zərərçəkmiş şəxslər X3, X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-cü ildə Ermənistanın Zəngibasar mahalında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st.X12 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu st.X12 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu stansiyasında yerləşən “Bravo” marrketdə X7 və X4 döyərək xəsarət yetirmişdir. Bu barədə Sabunçu st X13 X1 baş inspektoru X9 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sabunçu st X13 X1 baş inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda işıqlar keçmişdir. Evdə azyaşlı körpə olmuş və xəstə olmuşdur. İşıq keçdiyi üçün ev çox soyuq olmuşdur. Bu zaman o işıq kartının balansını yükləmək üçün Sabunçu dəmiryol stansiyasının birinci mərtəbəsində yerləşən “Bravo” marketə getmişdir. Marketdə olan terminalın önündə növbə olmuşdur. Ö da növbəyə dayanmışdır. Bu anda bir nəfər uşaq onun növbəsinə keçmişdir. O da uşağı itələmişdir.. Sonra anası müdaxilə etmək istədikdə onu da itələmişdir. Bu zaman uşaq onun başından vurmuş, o da uşağı və anasını vurmuşdur. Həm maddi vəziyyətinə, həm uşağın evdə qaranlıqda və soyuqda qalmasından dolayı əsəbi olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu dəmiryol stansiyasının birinci mərtəbəsində yerləşən “Bravo” marketdə olan “E-pay” ödəniş terminalından ödəniş etmək istəyərkən bir nəfər şəxs onu itələmişdir. Bu zaman oğlu müdaxilə edib həmin şəxsə iradını bildirdikdə oğlunu döymüşdür. O, bunu görüb onun üzərinə getdikdə onu da döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzr istəmiş, əməlindən peşman olduğunu bildirmişdir. Onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə anası Sabunçu dəmiryol stansiyasının birinci mərtəbəsində yerləşən “Bravo” marketdə olan “E-pay” ödəniş terminalından ödəniş etmək istəyərkən bir nəfər şəxs onu itələmişdir. Bu zaman o, müdaxilə edib həmin şəxsə iradını bildirdikdə onu döymüşdür. Anası bunu görüb həmin şəxsin üzərinə getdikdə onu da döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzr istəmiş, əməlindən peşman olduğunu bildirmişdir. Onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/43 saylı material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Sabunçu st X13 X2 göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1971-cü ildə Ermənistanın Zəngibasar mahalında anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar