Məhkəmə qərarları › İş №3(008)-3081/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3081/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3081/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3578/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment alınaraq, X3 ödənilməlidir. Lakin Şəxs məhkəmə qətnaməsini icra etməyərək, icra sənədi üzrə yaranmış aliment borc tələbinin ödənilməsindən üzürlü səbəb olmadan yayınmışdır. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs barəsində Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 06 iyun 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X6 qətnamə ilə müəyyən edilmiş alimenti borclu tərəfindən 01 ay müddətində ödənilməsi ilə bağlı razılıq verdiyindən 06 iyun 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru 06 iyun 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 06 iyun 2023-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar