Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3099/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2, bağ sahəsi, 400 N-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 100 manat dövlət rüsumunun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 323.15 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 5697 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1194.42 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 306 manat borcun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 100 manat dövlət rüsumunun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 323.15 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 5697 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1194.42 manat borcun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4499/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən 306 manat borcun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməmişdir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, qazancı az olduğuna görə ödəniş edə bilməmişdir. Borcunu hissəli şəkildə tələbkara ödəyə biləcəyəni və himayəsində yaşlı anasının olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ekspertiza təhqiqatının dəyəri olan 100 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" QSC-nin xeyrinı 281 manat əsas, 42,15 manat cərimə borcu olmaqla, cəmi 323,15 manat məbləğində borc, 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5195,86 manat əsas borc, 464,47 manat faiz borcu, 37 manat cərimə olmaqla, cəmi 5697,33 manat məbləğində pul vəsaiti və 76,97 manat məbləğində dövlət rüsumu “Bank VTB” (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3387/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1063.83 manat əsas borc 127.49 manat faiz borcu, 3.1 manat cərimə borcu olmaqla, cəmi 1194.42 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X3”-ı ASC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 278,38 manat ödənilməmiş hissə və 27,62 manat cərimə borcu olmaqla, cəmi 306 manat məbləğində borc və 30 manat ödənilməmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində Saunçu RayonMəhkəməsinin 2(008)- 893/2023 saylı,xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7340/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 1(008)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4499/2023 saylı, xx.xx.2023-cü il tarixi və Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi 151209/2023-4-37-004 nömrəli icra işinin icraatında birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati məsuliyətə cəlb edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilməlidir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara -əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs kifayət qədər müddət ərzində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3387/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etmədiyindən onun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3099/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3099/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver