Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3099/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Şamaxı rayon Çarhan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu,Kürdəxanı qəsəbəsi, Y/M ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Pirşağı – Mehdiabad yolunda hərəkətdə olarkən sağdan qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkət edən KİA-RİO markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Nəticədə KİA-RİO markalı avtomobil sürücüsü yüngül bədən xəsarəti və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Əziz qızı isə az-ağır bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs işin materiallarında olan izahatına uyğun olaraq izahatında bildirmişdir ki, 18 mart 2025-ci il tarixdə saat 22:00-da Pirşağı, Mehdiabad yolunda Mehdiabad istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatı etmək istədikdə, yol bir qədər çökək olduğu üçün anidən idarə etməni itirərək əks yola çıxdığını və həmin istiqamətdə hərəkət edən KİA-RİO markalı **- SV-*** d.q.n avtomobili vuraraq toqquşmuşdur. Nəticədə KİA-RİO markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Əziz qızı isə az-ağır bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs2 Əziz qızı ilə barışıq əldə olunsa da, Zərərçəkmiş şəxs1 tələbini qarşılamaq imkanım olmamışdır. Yol nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərəçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 540 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 burun nahiyəsinin əzilmiş yaraları ilə müşayiət olunan burun sümüyünün yerini az dəyişən qapalı sınığı; sağ gözyuvasıətrafı-almacıq, sol gözyuvasıətrafı-almacıq yanaq nahiyələrinin, sol təpə-gicgah-alın nahiyəsinin dərialtı hematomaları, sol Sid nahiyəsinin sıyrıqları müəyyən edildiş Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 593 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol dirsək sümüyünün dirsək çıxıntısının qapalı sınığı; hər iki bud və hər iki baldır nahiyələrinin dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərcsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Məhəmmədəli Fətəliyev «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəaində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplnılmış materialın Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərarı alınmışdır. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 17 aprel 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Şəxsndn heç bir şikayət, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova İş № 3(008)-3099/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ 10 iyun 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxılır. İclas saat 11:10-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edir, zərərçəkmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsədə məhkəmə iclasına gəlməmişdirlər. Sədrlik edən zərəçəkmiş şəxslərin və protokolu tərtib edən orqanın nümayəndəsinin iştarkı olmadan məhkəmə iclasının keçirilməsi ilə bağlı Şəxs fikrini soruşdu. Şəxs edən zərəçəkmiş şəxslərin və protokolu tərtib edən orqanın nümayəndəsinin iştarkı olmadan məhkəmə iclasının keçirilməsin xahiş etdi. Sədrlik edən Şəxs fikrini dinləyin yerində müşavirə edərək Qərar verdi : Zrəçəkmiş şəxslərin və protokolu tərtib edən orqanın nümayəndəsinin iştarkı olmadan məhkəmə iclası keçirilsin. Sədrlik edən barəsində inzibari xəta haqqında protokol tərtib edilən şəxsə söz verir. - Hörmətli məhkəmə, 18 mart 2025-ci il tarixdə saat 22:00-da Pirşağı, Mehdiabad yolunda Mehdiabad istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatı etmək istədim, yol bir qədər çökək olduğu üçün anidən idarə etməni itirərək əks yola çıxdığm və həmin istiqamətdə hərəkət edən KİA-RİO markalı **-SV-*** d.q.n avtomobili vuraraq qəza törətdimr. Nəticədə KİA-RİO markalı avtomobil sürücüsü yüngül bədən xəsarəti və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Əziz qızı isə az-ağır bədən xəsarəti xəsarəti aldı. Özümdə o an xəsarət aldım. Zərərçəkmiş şəxs2 Əziz qızı il barışıq var hətda iş materiallarında onun ərizəsidə var. S.s/c Bəli, özümü təqsirli bilirəm. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırır. Məhkəmə müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra sədrlik edən inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir. Məhkəmə iclası saat 11:21-də bağlı elan olundu. Protokol xx.xx.2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Günel Məmmədova Katib: Aqil Əsədov
Məhkəmə qərarları › İş №3(008)-3099/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3099/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver