Məhkəmə qərarları › İş №3(008)-3100/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3100/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3100/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, zərərçəkmiş X5 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi, ev 77-də qeydiyyatda olan və yaşayan-Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2355 manat tutularaq "xxxx" MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1790/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2094.83 ABŞ dolları tutularaq "xxxx" ASC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 saylı, 01,09.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5043 manat tutularaq X3 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 556.8 manat tutularaq X8 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 500 manat inzibati cərimə alınaraq dövlət nəfinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1256 manat tutularaq X4 xeyrinə, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, 26.11,2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 182 manat tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə və Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 saylı, 30.11,2023cü il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat əsas borc və 141 manat dövlət rüsumu tutularaq X7 ödənilməsi qət edilmişdir. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN№ ******* saylı, 06 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2355 manat tutularaq "xxxx" MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1790/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2094.83 ABŞ dolları tutularaq "xxxx" ASC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4406/2021 saylı, 01,09.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5043 manat tutularaq X3 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 556.8 manat tutularaq X8 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 500 manat inzibati cərimə alınaraq dövlət nəfinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1256 manat tutularaq X4 xeyrinə, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, 26.11,2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 182 manat tutularaq BOKT "xxxx" MMCnin xeyrinə və Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 saylı, 30.11,2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat əsas borc və 141 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra vərəqələri üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcunun olduğunu etiraf edir. Maddi imkanı ağır olduğundan borcunu tam ödəyə bilməmişdir. Borc məbləğlərini hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. Hal-hazırda ödəniş edə bilmir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X9 izahatında göstərmişdir ki, pulunun ödənilməsini tələb edir. Borclu borcunu ödəməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2355 manat tutularaq "xxxx" MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1790/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2094.83 ABŞ dolları tutularaq "xxxx" ASC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 saylı, 01,09.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5043 manat tutularaq X3 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 556.8 manat tutularaq X8 xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 500 manat inzibati cərimə alınaraq dövlət nəfinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1256 manat tutularaq X4 xeyrinə, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, 26.11,2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 182 manat tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə və Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5630/2023 saylı, 30.11,2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 17.000 manat əsas borc və 141 manat dövlət rüsumu tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, bir neçə icra sənədi ümumi icraatda birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib hesab edir ki, Şəxsnun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bunun isə tələbkarın manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar