Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3103/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ona rəsmi qaydada verilməmiş, bununla bağlı Bakı şəhər DYPİ müraciət etsə də,.ünvanına göndəriləcəyi bildirilmiş, lakin göndərilməmişdir. Ona görə də o, qərardan vaxtında şikayət verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ-nə rəsmi məktub göndərərək qərar və protokolun ona göndərilməsini xahiş etmişdir. Həmin müraciət məktubundan sonra DYPİ tərəfinən qərar ona poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Həmin qərarın göndərildiyi poçt konvertini də şikayətinə əlavə edir. Göstərilənlərə əsasən məhkəmədən xahiş etmişdir ki, qərardan şikayət verilməsi üçün ötürülmüş müddət bərpa edilsin. Məhkəmə iclasında X4 bildirmişdir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan gec məlumatı olmuşdur. Qərar ona poçtla rəsmi şəkildə 2025-ci ilin yanvar ayında verilmişdir. Ondan öncə Bakı şəhər DYPİ-nə müraciət etmiş, dekabr ayında ona qərarı vermişlər. Ondan sonra məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsi isə şikayətini aidiyyatı üzrə Nizami Rayon Məhkəməsinə göndərmişdir. Nizami Rayon Məhkəməsi isə müddəti ötürdüyü üçün şikayəti geri qayatarmışdır. Göstərilənlərə əsasən ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətçi Bakı şəhəri DYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını 2024-cü ilin dekabr ayında aldığını bildirmiş, buna baxmayaraq şikayət ərizəsi ilə məhkəməyə qərarı aldığı tarixdən xeyli müddət keçdikdən sonra, yəni mart ayında müraciət etmişdir. Şikayətçi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsinin üzürlülüyü barəsində heç bir əsaslı dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3103/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3103/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver