Məhkəmə qərarları › İş №3(008)-3108/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3108/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3108/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəxs barəsində 02 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş materiallar ilə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin pozulması ehtimal olunan müvafiq maddəsi qeyd olunmamış və həmin qrafa boş saxlanılmışdır. Halbuki, AR İXM-nin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi göstərilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokolda şəxsin izahatı göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin pozulması ehtimal olunan müvafiq maddəsi göstərilmədiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı olmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəxs barəsində tərtib etdiyi 02 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar