Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3113/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsinə və Şəxs MMC-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflərin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay 23 ünvanında yerləşən Şəxs MMC-nini anbarında planlı YTM keçirilərkən YTQ 01.2001, bənd 2.1, 2.5, bənd 3.1, 6.1, 8.1 və 9.1 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş yanğın-texniki müayinə qərarından və əlavə edilmiş digər sənədlərdən görünür ki, Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay 23 ünvanında yerləşən Şəxs MMC-nini anbarında planlı YTM keçirilərkən YTQ 01.2001, bənd 2.1, 2.5, bənd 3.1, 6.1, 8.1 və 9.1 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş yanğın-texniki müayinə qərarı ilə və əlavə edilmiş digər sənədlərlə təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay 23 ünvanında yerləşən Şəxs MMC-nini anbarında planlı YTM keçirilərkən YTQ 01.2001, bənd 2.1, 2.5, bənd 3.1, 6.1, 8.1 və 9.1 bəndlərinin tələbləri pozulmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3113/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3113/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver