Məhkəmə qərarları › İş №3(008)-3116/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3116/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3116/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 335.6-cı maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 335.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib olunmuş 28 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda ümumi istifadədə olan nəqliyyat vasitəsinin Şəxs MMC tərəfindən sürücülük hüququ olmayan X1 daşınması məqsədilə idarə etmək üçün verilməsi və nəticədə yol-nəqliyyat hadisəsinin baş verməsi göstərilsə də, nəqliyyat vasitəsini idarə etmiş X2 ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını təsdiq edən müvafiq sənəd iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı, AR İXM-nin 335.6-cı maddəsinin dispoziyasına əsasən bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət yaranır. Lakin məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün göstərilməmiş, sadəcə nəticə olaraq yol-nəqliyyat hadisəsinin baş verməsi qeyd olunmaqla həmin yol nəqliyyat-hadisəsi nəticəsində kimin sağlamlığına yüngül bədən xəsarətini yetirilməsi, hansı maddi zərər vurulması öz əksini tapmamışdır. Məhkəməyə “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərar isə imzalanmamış formada təqdim edilmişdir ki, bu da həmin qərarın heç bir hüquqi əhəmiyyət kəsb etməməsinə dəlalət edir. Bundan savayı materiala zərərçəkmiş şəxsin izahatı, onun sağlamlığına yüngül zərər vurulmasını təsdiq edən müvafiq məhkəmə-tibbi ekspertizasının rəyi də əlavə edilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş səlaiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 335.6-cı maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 28 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar