Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3121/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 34, mənzil 11-də qeydiyyatda olan və yaşayan-X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı qərarın ləğv edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X3 qərarına əsasən dayanma-durma qaydalarını pozduğu üçün 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə baxmayaraq Bakı şəhər BPİ Dövlət X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının Bakı şəhər BPİ Dövlət X3 nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X2 izahatında göstərmişdir ki, barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət ərizəsi əsasında ləğv edildiyindən hazırki şikayətə məhkəmədə baxılmadan geri qaytarılmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, şikayətçi X2 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət ərizəsi əsasında ləğv edildiyindən məhkəməyə ünvanladığı şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli EQ ******* saylı qərarın ləğv olunmasına dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3121/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3121/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver