Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-315/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 , Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə 14-cü Polis Şöbəsində şöbənin iş rejimini pozmuş və ona edilən xəbərdarlığa əhəmiyyət verməmiş, səs-küy yaradaraq xuliqanlıq etmişdir. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə 14-cü Polis Şöbəsində rəis müavini və digər əməkdaşlarla yersiz, əsassız mübahisə edib, tabelilik göstərməmişdir. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən 15 yanvar 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, təqsirini etiraf edir, 14 yanvar 2025-ci il tarixdə 14-cü Polis Şöbəsində polis əməkdaşları ilə etdiyi mübahisədən peşmandır. Bir daha belə halların təkrarlanmayacağını bildirmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə 14cü Polis Şöbəsində şöbənin iş rejimini pozmuş, ona edilən xəbərdarlığa əhəmiyyət verməmiş, səs-küy yaradaraq xuliqanlıq etmiş və 14-cü Polis Şöbəsində rəis müavini və digər əməkdaşlarla yersiz, əsassız mübahisə edib, tabelilik göstərmədiyindən barəsində 15 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 15 yanvar 2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə 14-cü Polis Şöbəsində şöbənin iş rejimini pozmuş və ona edilən xəbərdarlığa əhəmiyyət verməmiş, səs-küy yaradaraq xuliqanlıq etmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 15 yanvar 2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə 14-cü Polis Şöbəsində rəis müavini və digər əməkdaşlarla yersiz, əsassız mübahisə edib, tabelilik göstərməmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 21:35-də tutulmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəis müavini, polis mayoru Rafiq Qrayev tərəfindən tərtib edilmiş14 yanvar 2025-ci il tarixli raportdan görünür ki, sosial şəbəkədə Mehman Hüseynov tərəfindən paylaşılmış videogörüntüyüə yazdığı rəyi sosial şəbəkədən silməsi üçün xx.xx.1993-cü il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində tərəfindən 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, şöbənin inzibati binasında xidməti iş otaında Vüsal Salayevə dəvət edilməsi səbəbləri izah edilərək ondan sosial şəbəkədə paylaşılan videogörüntüyə yazdığı şərhi silməsi istənilmiş lakin o, heç bir əsas və səbəb olmadan uca səslə nalayiq ifadələr işlədərək xidməti iş otağında qanunsuz əməllərini davam etdirərək şöbənin dəhlizinə çıxaraq qanunsuz əməllərini davam etdirməklə şöbənin gündəlik iş rejmini pozaraq polis əməkdaşlarının xidməti otaqlarından dəhlizə çıxmalarına, eləcə də həmin vaxt inzibati binanın dəhlizində olan vətəndaşlarda əsaslı narazılıq yaranmasına səbəb olmuşdur. Tərəflərindən həmin şəxsin nizam-intizam qaydalarına riyət etməsi tələb olunsa da, o, onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam edərək növbətçi hissənin və şöbənin iş rejimini 15 dəqiqqə pozmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçi polis kapitanı Zahit Paşayev, ə/m polis kapitanı Elçin Əsədov, s/r, polis mayoru Anar Əliyev tərəfindən tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli raportdan görünür ki, sosial şəbəkədə Mehman Hüseynov tərəfindən paylaşılmış videogörüntüyüə yazdığı rəyə görə - xx.xx.1993-cü il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, şöbənin inzibati binasında rəis müavinin xidməti otağında Vüsal Salayevə dəvət edilməsi səbəbləri izah edilərək ondan sosial şəbəkədə paylaşılan videogörüntüyə yazdığı şərhi silməsi istənilmiş, lakin o, heç bir əsas və səbəb olmadan uca səslə nalayiq ifadələr işlədərək xidməti otaqdan çıxaraq şöbənin inzibat binasında qanunsuz əməllərini davam etdirərək şöbənin gündəlik iş rejmini pozmaqla xidmtdə olan polis əməkdaşlarının xidməti otaqlarından dəhlizə çıxmalarına, eləcə də həmin vaxt inzibati binanın dəhlizində olan vətəndaşlarda əsaslı narazılıq yaranmasına səbəb olmuşdur. Tərəflərindən həmin şəxsin nizam-intizam qaydalarına riayət etməsi tələb olunsa da, o, onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam edərək növbətçi hissənin və şöbənin iş rejimini 15 dəqiqqə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 15 yanvar 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar və Şəxs izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən, 21:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən, 21:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-315/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-315/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver