Məhkəmə qərarları › İş №3(008)-3155/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3155/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3155/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, Şəxsnin Azərbaycan Respublikasındakı Filialının barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin BŞİ tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şahid xx.xx.2025-ci il tarixdən hazırki tarixədək X2 rayonlarında əmək müqaviləsi AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt AR Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumatlara öz təsdiqini tapmışdır. Buna görə Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Qanuni nümayəndə2 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda adı qeyd edilən Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şirkətin “təchizatçı köməkçisi” vəzifəsində işləmişdir. Qeyd edilən işçiyə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi əldə olunmasına baxmayaraq faktiki olaraq o, həmin ərazilərə getməmiş, orada hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Sadəcə texniki səbəblərdən dolayı onun həmin ərazilərə gedilməsinə dair giriş icazəsi alınmışdır. Göstərilənlərə əsasən məhkəmədən hüquqi şəxs barəsində AR İXM-nin 192.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “təchizatçı köməkçisi” vəzifəsində işləmişdir. İşğaldan azad edilmiş bölgələrə şirkət tərəfindən giriş icazəsi alınmasına baxmayaraq işlədiyi dövrdə şirkətin işi ilə bağlı həmin bölgələrə getməmişdir. Yəni, şirkət tərəfindən həmin bölgələrdə hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. İş icazəsi almaqda məqsəd gələcəkdə həmin bölgələrə getməyə ehtiyac olarsa bunu təmin etməkdən ibarət olmuşdur. Lakin sonradan həmin bölgələrə getməyə ehtiyac olmamış və o həmin bölgələrə getməmişdir. xx.xx.2025-ci il tarixdən isə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin BŞİ tərəfindən tərtib edilmiş 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid xx.xx.2025-ci il tarixdən hazırki tarixədək X2 rayonlarında əmək müqaviləsi AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxsnin Azərbaycan Respublikasındakı filialı tərəfindən AR İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1640/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətçi Şəxsnin direktoru Biter Lokmanın AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilmiş və yenidən araşdırılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş rayonlara gedərək orada Şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işlərin görülməsinə cəlb edilməsi faktı müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunu təsdiq edən sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında şahid qismində dindirilən Şahid xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, şirkətdə işlədiyi dövrdə isə ümumiyyətlə işğaldan azad olunmuş bölgələrə işçi kimi gedərək hər hansı işlərin görülməsinə cəlb edilmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən həmin şəxsin DİN informasiya sistemində əldə edilən məlumatlarda göstərilən tarixlərdə həqiqətən həmin bölgələrə gedib-getməməsi, gedilmişdirsə məhz hansı bölgəyə hansı tarixdə getməsi, orada şirkət tərəfindən hansı işlərin görülməsinə cəlb olunması, ona əmək haqqı verilib-verilməməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı mötəbər sübutlarla müəyyən olunmalıdır. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Qanunvericiliyin tələbinə əsasən sübut etmə yükü inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxsnin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar